Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Küveyt səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib...

Bu barədə Poliqon-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdullah Mohamed Abdullah Almauidiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cari ildə dost və qardaş Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Hökumətlər səviyyəsində əlaqələrin məntiqi nəticəsinin özünü xalqlarımız arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımda biruzə verdiyi bildirilib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Küveyt tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Səfir Abdullah Mohamed Abdullah Almauidi Azərbaycandakı diplomatik fəaliyyətinin yekunlaşması ilə əlaqədar qəbula, habelə xoş arzulara görə təşəkkür edib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay