Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərnişindaşıma şirkətlərinin gəlirləri xeyli yüksəkdir” - Ekspert faktları açıqladı

Sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Baş nazirə yenidən müraciət edib...

İqtisadçı-ekspert: “Şirkətlərin Tarif Şurasına etdiyi müraciətin əsaslandırılmasında problemlər var”.

“Əslində burada müəyyən şübhələr var. Yəni, subsidiya yalnız yanacaq xərclərinin 25 faizini əhatə edir. Ən yaxşı halda bu ümumi dövriyyənin, sərnişindaşımada əldə olunan gəlirin 8 faizə qədəri ola bilərdi. Bundan artığına icazə verilmirdi. Amma Tarif Şurasının sərnişindaşıma xidməti ilə bağlı qəbul etdiyi qərar dövriyyəyə 25-30 faizə qədər təsir göstərir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin qiymət artımı ilə bağlı Baş nazirə yenidən müraciət etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Baş nazirə yenidən müraciət edib. Bu dəfə isə şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib. Aydın məsələdir ki, subsidiya bərpa olunmasa, qiymətlər daşıyıcı şirkətləri qane etməyəcək.

Bəs yenidən avtobuslarda gediş haqqı artırıla bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Qısamüddətli dövrdə qiymətlərin artırılması qərarının qəbul ediləcəyi ehtimalını çox aşağı qiymətləndirirəm”.

İqtisadi əsaslandırmanın özündə müəyyən çatışmamazlıqların olduğunu düşünən ekspert Poliqon-a bildirib ki, bu arqument ilə məsələnin üzərinə gedilməsi real vəziyyəti tam olaraq aydınlaşdırmaqda bizə çətinlik yaradır:

“Sərnişindaşıma gediş haqqının artırılması şirkətlərin səlahiyyətli çərçivəsində deyil. Sərnişindaşıma gediş haqqları Tarif Şurası tərəfindən qəbul olunan qərarlar əsasında tənzimlənir. Son olaraq da, iki ay bundan əvvəl qiymətlərin artırılması ilə bağlı qərar qəbul olunub. Qısamüddətli dövrdə qiymətlərin artırılması qərarının qəbul ediləcəyi ehtimalını çox aşağı qiymətləndirirəm.

Eyni zamanda şirkətlərin Tarif Şurasına etdiyi müraciətin əsaslandırılmasında problemlər var. Düşünürəm ki, faktiki olaraq bu istiqamətdə məlumat qıtlığının olmasına görə tam olaraq maya dəyərinin hesablanması və real vəziyyətin qiymətləndirilməsi, daşınan sərnişin nəticəsində xərcin qiymətləndirilməsi və s. bizim üçün o qədər də asan deyil.

Amma müraciətin özündə qeyd olunan məqamlara nəzər salanda düşünürük ki, əslində burada müəyyən şübhələr var. Yəni, subsidiya yalnız yanacaq xərclərinin 25 faizini əhatə edir. Ən yaxşı halda bu ümumi dövriyyənin, sərnişindaşımada əldə olunan gəlirin 8 faizə qədəri ola bilərdi. Bundan artığına icazə verilmirdi. Amma Tarif Şurasının sərnişindaşıma xidməti ilə bağlı qəbul etdiyi qərar dövriyyəyə 25-30 faizə qədər təsir göstərir. Yəni bir tərəfdə dövriyyənin maksimum 8,5 faizi qədər subsidiyalar ayrılırdı, amma tariflər aşağı idi. Digər tərəfdən tariflər 25-33 faiz ətrafında artırılıb, yəni gəlirlər əvvəlki illərlə müqayisədə daha çox olur.

Rəşad Həsənov: “Bu faktorları birləşdirib ümimi bir qənaət olaraq düşünürəm ki, 2023-cü il ərzində sərnişindaşımalarda qiymət artımları ehtimalı çox aşağıdır”.

Bunun müqabilində 8,5 faizlik bir subsidiya mexanizmi ləğv olunub. Əslində ləğv olunmayıb, çünki bu qanunvericiliyin tələbi idi. Çünki o müvəqqəti subsidiyalaşdırma idi. Həmin qanunda da göstərilir ki, 2018-ci il tarixində qəbul edilmiş qərarlarla fəaliyyət göstərən dövrdə qüvvədədir. Yəni, qanun avtomatik olaraq qüvvədən düşdü.

Məsələyə bu aspektdən baxanda iqtisadi əsaslandırmanın özündə müəyyən çatışmamazlıqların olduğunu düşünürəm. Bu arqument ilə məsələnin üzərinə gedilməsi real vəziyyəti tam olaraq aydınlaşdırmaqda bizə çətinlik yaradır. Görünən ondan ibarətdir ki, faktiki olaraq tariflər qalmamış dövrə qədərlə müqayisədə hazırda sərnişindaşıma xidmətində dizel yanacağı ilə işləyən avtobusları olan sərnişindaşıma şirkətlərinin gəlirləri xeyli yüksəkdir. Ən azından bu şirkətlərin gəlirləri subsidiyanı çıxandan sonra dövriyyənin 15 faizi həcmində yüksəkdir.

Bütün bu faktorları birləşdirib ümimi bir qənaət olaraq düşünürəm ki, 2023-cü il ərzində sərnişindaşımalarda qiymət artımları ehtimalı çox aşağıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar