Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb – DSX

Dövlət Sərhəd Xidməti (DSX) koronavirusla bağlı sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı məlumat yayıb...

Xidmətdən verilən məlumatda bildirilir ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış mən­tə­qələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlu­mat­lar yayılmaq­dadır.

Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətəuyğun deyildir və reallığı əks etdirmir.

Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­mə­yib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­ib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunub.

Dövlət sərhədindən buraxılış məntəqə­lə­rində sanitar-ka­rantin nəza­rətinin gücləndirilməsi, “koronavirus” xəstəli­yi­nə yoluxma­ları­na şübhələr yaranan şəxs­­­lərin aşkarlanması və tibbi təx­liyəsi istiqa­mətində kompleks profilaktik tədbirlər hə­yata keçirilir. Dövlət sərhədindən buraxılış mən­təqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkə­yə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müa­sir tibbi texniki vasitələrdən isti­fadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr ya­ra­nan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət ol­­duqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi təd­birlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xid­mət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar.

pia.az


Etiket: DSX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar