Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçıların gecə toplantısı... - Qarabağda başverənlər düyünün çözülməsindən xəbər verirmi?..

Dünən axtarışda olan və Azərbaycan bayrağını təhqir edən üç erməni gəncin saxlanılmasından sonra Xankəndidə separatçıların iclası keçirib...

Politoloq: “Separatçı liderlərin təcili iclas keçirməsi vaxtın onlar üçün azalması, habelə çəmbərin daralması ilə bağlıdır”.

“Ermənilər Azərbaycanın Laçın yolunu bağladığını iddia edirlər. Halbuki gün ərzində bu yoldan azı 50-60 erməninin keçidi qeydə alınır. Belə olan halda erməni yalanları iflasa uğrayır”.

Bu sözləri politoloq Turan Rzayev dünən Xankəndidə separatçıların keçirdikləri iclası Poliqon-a şərh edərkən qeyd edib.

Dünən axtarışda olan və Azərbaycan bayrağını təhqir edən üç erməni gəncin saxlanılmasından sonra Xankəndidə separatçıların iclası keçirildi. Saat 21:00 radələrində başlanan iclas saat 4:00-ə qədər davam edib. Diqqətçəkən məqam iclasda Araik Arutyunyandan başqa separatçıların keçmiş liderləri Bako Saakyanın da iştirak etməsidir.

Aydındır ki, iclasın keçirilmə səbəbi mövcud vəziyyətdən çıxış yolları tapmaqdır. Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın göndərdiyi humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə aparılmasına icazə vermir. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdam-Xankəndi yolu ilə daşınmasında israrlıdır.

Bəs seperatçıları bütün gecə boyu təcili iclas keçirməyə hansı məsələlər vadar etdi?

Qeyd edək ki, gecə toplantısından sonra mitinqçilərin qarşısına çıxan Araik Arutunyan həbs olunan gənclərin tezliklə Xankindinə gətiriləcəyi ilə bağlı söz verib. Həmçinin separatçıların lideri Ağdam-Xankəndi yolunun işə salınmasını və özünün istefasının müzakirə olunduğunu bildirib. Erməni mətbuatı isə yazır ki. əgər yaxın bir neçə gün ərzində Ağdam-Xankəndi yolu açılmazsa, Arutunyan istefa verəcək.

Qarabağda baş verən son hadisələri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Separatçıların başqa seçimi yoxdur, çünki rəsmi Bakı alternativ təklifləri qəbul etmir, etməyəcək də”.

Separatçıların görüş zamanı humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması məsələsini müzakirə etdiklərini iddia edən politoloq vPoliqon-a açıqlamasında vurğulayıb ki, iclas zamanı Bakı ilə Yevlaxda ya da Bərdədə görüşlərin keçirilməsi də müzakirə oluna bilər:

“Humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə çatdırılması istiqamətində aparılan təbliğatın və yaradılmağa çalışılan beynəlxalq təzyiqin də nəticəsiz qaldığını görən separatçılar çıxış yolu axtarırlar.

Separatçı liderlərin təcili iclas keçirməsi vaxtın onlar üçün azalması, habelə çəmbərin daralması ilə bağlıdır. Ermənilər iddia edirlər ki, Xankəndidə aclıqdır, qida, yanacaq ehtiyatları tükənir. Halbuki Xankəndidə restoranlar gecə saatlarına qədər işləyir, insanlar heç də aclıqdan əziyyət çəkən kimi görünmürlər.

Digər tərəfdən, ermənilər Azərbaycanın Laçın yolunu bağladığını iddia edirlər. Halbuki gün ərzində bu yoldan azı 50-60 erməninin keçidi qeydə alınır. Belə olan halda erməni yalanları iflasa uğrayır.

Turan Rzayev: “Separatçılar ilkin olaraq 40 ton humanitar yükü əraziyə buraxmasa belə, gec-tez buraxmaq məcburiyyətində qalacaq”.

Bütün bunları nəzərə alaraq demək olar ki, separatçılar görüş zamanı humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması məsələsini müzakirə ediblər. Bundan başqa, iclas zamanı Bakı ilə Yevlaxda ya da Bərdədə görüşlərin keçirilməsi də müzakirə oluna bilər.

Lakin mən güman etmirəm ki, separatçılar tezliklər Ağdam-Xankəndi yolunun açılmaslna razılıq verəcəklər. Nə qədər ki, xaricdə, Avropada və Amerikada separatizmi dəstəkləyən siyasətçilər var, ermənilər müqavimət göstərməyə çalışacaqlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün 40 ton un məmulatı göndəriləcəyini açıqladı. Bu, separatçılar üçün gözlənilən, lakin arzu edilməyən ssenari idi. Məsələ ondadır ki, separatçılar Bakının bu təklifini geri çevirə bilməzlər. Əks təqdirdə bu onların “Xankəndidə aclıq var”, “humantira böhran”, “Azərbaycan bizi blokadada saxlayır” kimi yalanlarını ifşa edəcək.

Separatçılar ilkin olaraq 40 ton humanitar yükü əraziyə buraxmasa belə, gec-tez buraxmaq məcburiyyətində qalacaq. Prinsip etibarilə separatçıların başqa seçimi yoxdur, çünki rəsmi Bakı alternativ təklifləri qəbul etmir, etməyəcək də”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar