Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmsiyyə Bəylərqızı 50 minlik dələduzluqda ittiham olunur

Xətai RPİ-də aparılan istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib...

Yazıçı Şəmsiyyə Bəylərqızı (Rzayeva) barəsində cinayət işi başlanıb.

O, qohumu Sadiq Hüseynova qarşı 50 000 manatlıq dələduzluqda ittiham olunur.

Belə ki, S.Hüseynovun müraciəti əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırmalardan sonra Ş.Bəylərqızı barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

İttihama görə, o, qohumu Sadiq Hüseynovu nüfuzlu dövlət qurumunda tikintilərə nəzarət komissiyasının üzvü vəzifəsinə işə düzəltdirəcəcəyinə vəd verib. Vədin qarşılığında ondan 35 000 manat pul alıb. Hadisə ötən ilin mayında baş verib. 1 ay sonra isə lombarddan aşağı faizlə borc götürüb vermək imkanına malik olduğunu deyərək S.Hüseynovun daha 15 000 manat dəyərindəki qızıl-zinət əşyalarını ələ keçirib.

Xətai RPİ-də aparılan istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AzərbaycanRusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Ş.Bəylərqızı bu ittihamla 10 il müddətə azadlıqdan məhrum edilib. 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.(Qafqazinfo)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar