Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyində Qananın ölkəmizdəki səfiri ilə görüş keçirilib - Foto

Səhiyyə Nazirliyində Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüş keçirilib. 

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Oheneba Lesli Akua Akyaa Opoku-Vareni Qananın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bildirilib ki, Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dəfələrlə vaksin millətçiliyini tənqid edib. Azərbaycan Prezidentinin müraciətindən sonra bu istiqamətdə yaxşı nailiyyətlər əldə olunub. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcək”.

Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən nazir milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Oheneba Lesli Akua Akyaa Opoku-Varenin səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Teymur Musayev ölkələrimiz arasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Oheneba Lesli Akua Akyaa Opoku-Vare Qananın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Qana Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini məmnunluqla xatırladan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib.
Görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyətini və potensial inkişaf imkanlarını müzakirə ediblər.

Poliqon.info 


Etiket: Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar