Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki qutusunun üzərində oturmuş namizəd: "Seçkinin mənası yoxdur"

21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev bəzi qanuni prosedurlar yerinə yetirilməsə seçki qutusunun açılmasına imkan verməyəcəyini bildirsə də, daha sonra qutunun açılmasına imkan yaradıb...

O özünün Facebook səhifəsində canlı yayıma çıxaraq seçicilərinə müraciət edərək onların səslərini qorumağa çalışdığını bildirib.

"Səs sayımında iştirak etməyəcəyəm, bunun mənası yoxdur. Seçkinin mənası yoxdur, açığını sizə deyim", o canlı yayımda deyib.

Deputatlığa namizədin sözlərinə görə, Seçkilər Məcəlləsinə uyğun olaraq əvvəlcə korlanmış və istifadə edilməmiş bülletenlər barədə məlumatlar protokola yazılmalıdır və bundan sonra seçki qutusu açılmalıdır.

Lakin onun sözlərinə görə, 25 saylı məntəqə seçki komissiyasının rəhbərliyi bu proseduru yerinə yetirmək istəmir.

Fərhad Mehdiyev BBC News Azərbaycancaya bildirib ki, o, bu prosedur yerinə yetirilməyənədək öz hüquqlarının müdafiəsinə davam edəcək. O əlavə edib ki, bəzi məntəqlərdə səslər sayılıb, lakin protokollar müşahidəçilərə verilməyib.

25 saylı seçki məntəqəsinin sədri Lüdmila Sultanova hadisə ilə bağlı BBC News Azərbaycancaya "elə şey yoxdur" deyərək, dəstəyi asıb. Təkrar zəngə isə cavab verilməyib.

21 saylı Nəsimi Birinci Seçki Dairəsinin sədri Çingiz Dadaşov isə sualı eşidəndən sonra "vaxtım yoxdur, sonra danışarıq" deyib və dəstəyi asıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar