Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta diplomla vəzifəyə təyin olundu, işdən çıxarılaraq cəzalandırıldı

Füzuli rayonunda saxta diplomla vəzifəyə təyin edilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl rayonun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta olması üzə çıxıb.

Bəlli olub ki, R.Umudovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının məzunu olması ilə bağlı təqdim etdiyi diplom saxtadır. Həmin diplom əsasında 3 il vəzifədə çalışan şəxs dərhal işdən azad edilib və onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Füzuli Rayon Məhkəməsinin hökmü ilə Rəsul Umudova qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzası verilib. Həmçinin o, 1 il müddətində dövlət və yerli özünüidarə orqanlarında təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib.

Poliqon.info 


Etiket: Vəzifə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar