Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub...
“Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu, 1977-ci il təvəllüdlü Gözəlov Adıgözəl Ataxan oğlu, 1966-cı il təvəllüdlü İbrahimov Cavad Cahangir oğlu, 1977-ci il təvllüdlü Həsənov Şəfayət Əlipənah oğlu, 1996-cı il təvəllüdlü Rəhmanov İbrahim Telman oğlu, 1999-cu il təvəllüdlü Əliyev Cənnətalı Ülfət oğlu, 1983-cü il təvəllüdlü Əliyev Zamiq Əlixan oğlu, 2003-cü il təvəllüdlü İsmayılov İsmayıl Nəriman oğlu, 1992-ci il təvəllüdlü Cəbiyev İntiqam Musa oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Babazanlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolda hərəkət edən “Ford” markalı mikroavtobus “Vita” markalı mikroavtobusla toqquşub.
Qəza nəticəsində 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info