Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir... – Video

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü, 3 ton 210 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub...

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 10 kiloqram nərə balıqlarının kürüsü ixrac etmişik.

İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 302 dollar (514 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 4 dollar (6,8 manat) olub.

İxrac etdiyimiz nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri isə 1809,5 dollar (3176 manat) olub.
Xaricdən gətirilən nərə balıqlarının kürüsü Çinin payına düşüb. Xaricə satdığımız nərə balıqlarının kürüsünü isə 2 ölkəyə – Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına yola salmışıq.

İdxal olunan balıq kürüsünün əvəzedicilərini isə Belarus, Rusiya, Almaniya, İran və Lüksemburqdan gətirmişik. Balıq kürüsünün əvəzediciləri ən çox Rusiyadan idxal edilib və 1 kiloqramının gömrük dəyəri isə 2,5 dollar (4,2 manat) olub.

Məlumat üçün onu da bildirək ki, balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki “gelatus” sözündən gələn jelatin “dondurulmuş” mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır.

Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.

Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar