Sabirabadda intihara cəhd hadisəsi baş verib.
PİA.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Nəsirov Anar Qüdrət oğlu özünə bıçaqla xəsarət yetirib.
Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onun üzərində dərhal əməliyyat aparılırb.
Faktla bağlı araşdırma aparılır.
pia.az