Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyov: “İctimai fəaliyyətimi davam etdirəcəyəm” - Video

Kinodramaturq Rüstəm İbrahimbəyov bildirib ki, onun ictimai fəaliyyətinin sırf peşə təşkilatı olan Kinematoqrafçılar İttifaqının işinə aidiyyatı yoxdur

“Mən heç zaman siyasətlə məşğul olmamışam. İctimai fəaliyyətlə məşğul olmuşam. Və indi də hesab edirəm ki, bizim ölkədə vətəndaş cəmiyyəti çox zəif durumdadır. Azərbaycanda vətəndaşların, xalqın və xüsusilə ziyalıların vəziyyətə təsiri çox zəifdir. Bu, mənim fikrimdir və mən bu mövqedə qalıram. Ona görə də ictimai fəaliyyətimi davam etdirməyə çalışacağam”, – R.İbrahimbəyov Milli Kino Günündə Turan-a müsahibəsində deyib.

Kinematoqrafçılar İttifaqına gəlincə, R.İbrahimbəyovun sözlərinə görə, bu təşkilatda heç zaman belə məsələlər qaldırılmayıb.

“Kinematoqrafçılar İttifaqı ancaq kino problemləri ilə məşğul olub. Təşkilatın sədri kimi, mən istəməzdim ki, İttifaq siyasi, ictimai məsələlərə müdaxilə etsin. Ancaq bu o demək deyil ki, Rüstəm İbrahimbəyov şəxsən ictimai fəaliyyətlə məşğul olmayacaq. Mən bu barədə bildirmişəm və mənə elə gəlir ki, bu, qəbul edilib.

Şadam ki, nəhayət, məni eşitdilər. İndi bizim İttifaqa həm təşkilati, həm də maliyyə məsələlərində hərtərəfli yardım göstərilir. Düzdür, hökumətin bizə borcu var, ancaq hazırda bu borclar qaytarılır”, – R.İbrahimbəyov deyib.

Dramaturq qeyd edib ki, onun fəaliyyəti kiməsə “arzuolunmaz” kimi görünə bilər. Lakin şəxsən onun özünə olan mənfi münasibət İttifaqa şamil edilməməlidir.

Hakimiyyətin R.İbrahimbəyova münasibəti bir neçə il öncə pisləşib. Belə ki, R.İbrahimbəyov hökumətin siyasətini tənqid etməyə başlayıb, sonralar Ziyalılar İttifaqına və müxalifətyonlü Demokratik Qüvvələrn Milli Şurasına rəhbərlik edib.

Buna cavab olaraq hakimiyyət alternativ Kinematoqrafçılar İttifaqı yaratmağa təşəbbüs göstərib. R.İbrahimbəyova qarşı cinayət işi açılıb, onu vergi pozuntularında ittiham ediblər.

Son 6 ili demək olar ki, o, sürgündə keçirib və vaxtaşırı hakimiyyətyönlü KİV-də təqiblərə məruz qalıb. Lakin son vaxtlar ölkə rəhbərliyinin R.İbrahimbəyova münasibəti dəyişib və bu il o, Vətənə qayıdaraq yaradıcılıq işini davam etdirə bilib. (Turan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar