Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya ixracı artıran şirkətdən ziddiyyətli davranış: “Aquavita”da əmək hüquqları pozulur…

Azərbaycanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik edən şirkət həm də “Gülüstan” brendi ilə tanınır...

Ukrayna müharibəsi fonunda Qərb şirkətləri Rusiyada fəaliyyətini dayandırdılar. Buna baxmayaraq, Rusiyada hazırda bir-sıra Qərb şirkətlərinin məhsulları satılmaqdadır.

Xəbər verildiyi kimi, 2022-ci ilin iyun ayında “Coca-Cola” şirkəti Rusiyada öz məhsullarının satışını dayandırdı. Eyni dövrdən başlayaraq bir-neçə Azərbaycan şirkəti birbaşa və dolayısı ilə “Azerbaijan Coca‑Cola Bottlers” MMC şirkətinin məhsullarını Rusiyaya ixrac etməyə başladı. Gömrük bəyannamələrinə dair reyestrin məlumatına görə, 2022-ci ildə Azərbaycandan müvafiq məhsulun gətirilməsinə dair 52 bəyannamə (həm seriyalı (yəni uzunmüddətli), həm də birdəfəlik) təqdim ediblər.

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, gömrükdə “220210. Şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular” kodu (müvafiq məhsullar məhz bu kodla ixrac olunur) üzrə 2022-ci ildə Rusiyaya 9,7 milyon litr ixrac olunub (2021-ci il ilə müqayisədə 10 dəfə çox). 2023-cü ildə (yəni 2 aya!) isə artıq 26 bəyannamə təqdim olunub.

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, Rusiyaya “Coca-Cola”nın məhsullarını ixrac edən şirkətlərdən biri də “TAC” MMC olub. 1997-ci ildə yaradılan “TAC” MMC el arasında “Aquavita” adı ilə tanınır. Azərbaycanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik edən şirkət həm də “Gülüstan” brendi ilə tanınır.

Son bir ildə Rusiyaya ixracını dəfələrlə artıran “TAC” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, şirkət mövcud konyukturadan maksimum yararlansa da işçilərinin əmək haqqlarının verilməsində ciddi problemləri var. Ümumiyyətlə, “TAC” MMC-də əmək hüquqlarının kobud şəkildə pozulması halları ilə bağlı şikayətlər artıb. Gəlirlərini kəskin şəkildə artıran şirkətin işçilərinə qarşı məlum davranışının səbəbi məlum deyil…

“TAC” MMC ilə bağlı AzToday.az-a daxil olan məlumatları araşdırmaqda davam edirik. Şirkətdən də münasibət öyrənməyə çalışacağıq.

Poliqon.info


Etiket: “Aquavita”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar