Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni “Kollektiv Şərq” strategiyası reallaşa bilər? - Ərəstun Oruclunun şərhi...

Fərqli Şərq toplumlarının Rusiya və Çinin liderliyi ilə birləşməsini və mədəni bir orqanizm formalaşdırması mümkün görünürmü?...

Siyasi-şərhçi: “Rusiyanın özünə müttəfiq düşərgə yaratmaq cəhdləri yenilik deyil”.

Rusiyanın bu məsələdə heç bir şansı yoxdur. Hətta, Çinlə Rusiya belə, ümumi dil tapa bilməyəcəklər. Mən buna əminəm”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın yeni “Kollektiv Şərq” bloku yaratmaq niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Başa çatan Sankt-Petrburq forumunun əsas müzakirələrindən biri də Rusiyanın Kollektiv Qərbə qarşı qarşı "Kollektiv Şərq" bloku yaratmaqla bağlı ortaya atdığı strategiya oldu. Rusiyanın bu xarici strategiyasının uğur qazana bilərmi Kollektiv Qərb anlayışından və toplumundan fərqli olaraq sözdə "Kollektiv Şərq" topluluğu fərqli mədəni, dini və siyasi keçmişə dayanan, hazırda isə fərqli geosiyasi məqsədləri olan toplumlardan ibarətdir. Bu toplumların Rusiya və Çinin liderliyi ilə birləşməsini və mədəni bir orqanizm formalaşdırması mümkün görünürmü?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiyanın bütün bu cəhdləri heç bir nəticə verməyəcək”.

Rusiyanın bu məsələdə heç bir şansının olmadığını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Çinlə Rusiya belə, ümumi dil tapa bilməyəcəklər:

Rusiyanın özünə müttəfiq düşərgə yaratmaq cəhdləri yenilik deyil. Xüsusilə də, Ukrayna müharibəsi fonunda onun geosiyasi mövqelərinin itirilməsi nəticəsində Rusiya çalışır ətrafında hansısa bir müttəfiq düşərgə yaratsın. Amma hər halda indiki cəhdlər kifayət qədər uğursuz cəhdlərdir. Hətta, Rusiyaya mövqeyi müəyyən mənada yaxın olan Çin də bir sıra məsələlərdə, o cümlədən ölkənin hüdudlarından kənarda nüvə başlıqlarını yerləşdirmək məsələlərində və Uzaq Şərq, Sakit Oken hövzəsi məsələlərində Rusiya ilə razılaşmır.

Bir tərəfdən də Rusiya başa düşür ki, hər hansı bir ittifaqa getmək faktiki olaraq Qərblə müqaviləsinin korlamaq və yaxud da korlamaq həddinə çatdırmaq deməkdir. Buna görə də Rusiyanın bütün bu cəhdləri heç bir nəticə verməyəcək.

Əvvəla, bir gördük ki, bu düşərgədə İran, Çin, Hindistan, nəzərdə tutulur. Əlbəttə, Çin və Hindistan böyük iqtisadiyyatlardır. Amma İran faktiki olaraq dünyadan təcrid olunmuş bir ölkədir. Eyni zamanda Putin Afrika ölkələrini də öz ətrafına toplamağa cəhd edir. Mən sadə müqayisəli bir rəqəm deyim. Bütövlükdə Afrika ölkələrinin ümumi daxili məhsulu 3.1 trilyon dollar həcmindədir. Bir tək ABŞ-ın Kaliforniya ştatının ümumi daxili məhsulunun həcmi 3.6 trilyon dollardır.

Ərəstun Oruclu: “Rusiyanın topladığı düşərgənin iqtisadi potensialı təkcə ABŞ-ın iqtisadi potensialından xeyli geri qalır”.

Bir neçə parametrlər var ki, həmin o müttəfiqlərin, yəni “Kollektiv Şərq” blokunun arxasında üç fakt dayanmalıdır:

1. İqtisadi faktor;

2. Beynəlxalq siyasi faktor;

3. Hərbi faktor.

Bütün bu parametrlər üzrə də Rusiyanın topladığı düşərgənin iqtisadi potensialı təkcə ABŞ-ın iqtisadi potensialından xeyli geri qalır. Mən hələ texnoloji üstünlüyü, texnologiyaların inkişafında Kollektiv Qərbin nə qədər irəlidə olduğunu, Avropa Birliyini, NATO-nun hərbi qüdrətini demirəm. Bütün bu faktorları nəzərə alanda, demək olar ki, Rusiyanın bu məsələdə heç bir şansı yoxdur. Hətta, Çinlə Rusiya belə, ümumi dil tapa bilməyəcəklər. Mən buna əminəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Ən çox oxunanalar