Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Məxfi Xidməti Trampı qorumaq üçün əlavə vəsait ayırmaqdan imtina edib

Son iki ildə ABŞ Məxfi Xidmətinin rəhbərliyi keçmiş prezident Donald Trampın mühafizəsini gücləndirmək üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib..

“Report” xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, keçmiş prezidenti qorumaq vəzifəsi daşıyan zabitlər Trampın iştirak etdiyi idman tədbirlərinə və digər ictimai toplantılara gələnləri yoxlamaq üçün maqnitölçənlər və əlavə personal, eləcə də digər açıq hava tədbirlərində əlavə snayperlər və mütəxəssislər komandaları tələb ediblər.

Nəşr əlavə edib ki, Məxfi Xidmət rəhbərliyi resursların çatışmazlığı adı altında tez-tez bu istəkləri təmin etməkdən imtina edib. Məqalədə təfərrüatlı şəkildə qeyd olunub ki, Trampın müşavirləri ABŞ-ın yüksək səviyyəli məmurlarının müdafiəsinə cavabdeh olan xidmətin keçmiş prezidenti qorumaq üçün yetərincə fəaliyyət göstərməməsindən narazılıqlarını ifadə ediblər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar