Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb

Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib...

Oxu.Az xəbər verir ki, “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.

“Bu gün (avqustun 19-da) “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib”, - korporasiyanın açıqlamasında qeyd olunub.

Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.

Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi “Ay yarışı”ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.

Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.

Rusiyanın hələ SSRİ dövründən qalan nəhəng kosmos təcrübəsinin olmasına baxmayaraq, son illərin hadisələri bunun heç də asan olmadığını ortaya çıxarıb.

Belə ki, 2023-cü ilin aprelində özəl şirkətin ilk Ay missiyası uğursuzluqla yekunlaşıb. “iSpace” şirkətinin buraxdığı “Hakuto-R” modulu ilə bağlantı enişdən bir neçə dəqiqə öncə kəsilib.

2019-cu ildə Hindistan və İsrail missiyaları bənzər uğursuzluqla üzləşiblər.
Bununla belə, 2020-ci ildə Çinin “Çane-5” stansiyası Aya uğurlu eniş edə bilib, nümunələr götürüb və Yer kürəsinə çatdırıb.

“Roskosmos”un rəhbəri Yuri Borisov daha əvvəl bildirmişdi ki, “Luna-25” ekspedisiyasının uğur qazanma ehtimalı 70 % təşkil edir. İyul ayında bu missiya üçün aparatı quran “NPO Lavoçkina” səhmdar cəmiyyəti onu 80 % qiymətləndirib. Rusiyalı astronom Vladimir Surdin ölkənin dövlət agentliyinə müsahibəsində uğur şansını 50 % qiymətləndirib.

“Luna 25” yarandığı gündən texniki və maliyyə problemləri ilə üzləşib. “Luna-Qlob” (o vaxtlar bu stansiya belə adlanırdı) layihəsi üzərində iş hələ 2005-ci ildə başlayıb.

Bu cihaz “Roskosmos”un iddialı layihəsi olan “Fobos-qrunt” platformasında yaradılmışdı ki, bu da Marsın peyki Fobosdan torpaq nümunələrinin götürülməsi və Yerə qayıtmasını nəzərdə tuturdu.

Lakin Mars ekspedisiyası uğursuzluqla başa çatıb. 2011-ci ildə buraxılışdan sonra aparatın hərəkət sistemi işə düşməyib və o, Sakit okeanda qəzaya uğrayıb.

Bu qəzadan sonra “Luna-Qlob” proqramına yenidən baxılıb. Cihaz yenidən dizayn edildikdən sonra onun adı dəyişdirilərək “Luna-25” adlandırılıb.

Lakin layihənin uğursuzluqları bununla da bitməyib. Bu layihə davamlı olaraq ertələnirdi. Əvvəlcə “Luna-25”in 2014-cü ildə buraxılması planlaşdırılsa da, bu, yalnız doqquz il sonra mümkün oldu.

Bundan başqa, növbəti ekspedisiyaların gələcəyi də aydın deyil. Belə ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müharibə xərcləri artıb. Bu səbəbdən hazırkı proqramın icrasına ayrılan vəsait azaldılıb: 2022-ci ildə Federal Kosmik Proqramının icrası üçün 110 856,8 milyon rubl ayrılmışdısa, ilin sonunda onun kassa icrası 75 196,08 milyon rubl təşkil edib.

Poliqo.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar