Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “boynundakı ilgək“ sıxılır


Əgər Ukraynanın şərqində qondarma Donetsk və Luqansk Xalq Respublikaları yeni ərazilərə nəzarəti ələ almağa çalışarsa, Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirəcək


Bu barədə Associated Press agentliyi Avropa Birliyinə yaxın mənbələrə istinadən xəbər verir. Məlumata görə, Rusiya iqtisadiyyatının bir sıra sektorlarına qarşı məhdudlaşdırıcı tədbirlər dekabrın 18-19-da Avropa Birliyinin sammitinin gündəliyinə daxil ediləcək. 

Dünən Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə, gözlənildiyi kimi, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməyib. 

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Federika Moqerini bildirib ki, Qərbin hədəfi sadəcə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək deyil. "Sanksiyalar özlüyündə nə hədəfdir, nə də məqsəd. Onlar yalnız digər vasitələrlə birlikdə bir alətə çevrilə bilər. Düşünürəm ki, Avropa Birliyinin və nazirlərin tam strategiya üçün formalaşdırmalı olduğumuz digər məsələlər üzərində də diqqətini cəmləşdirməlidir". 

Avropa Birliyi Ukraynanın şərqində gedən döyüşlər zamanı 9 ukraynalı əsgərin öldürülməsindən sonra Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini gündəmə gətirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar