Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspertlər: “Moskva Bəyannaməsi nümunəsi olmayan tarixi hadisədir”

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” nümunəsi olmayan tarixi hadisədir.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, ictimai xadim Maksim Şevçenko bildirib.

Onun sözlərinə görə, Moskva Bəyannaməsi iki liderin, Prezident İlham ƏliyevPrezident Vladimir Putinin siyasətinin nəticəsidir: “Bu sənəd iki ölkə arasında konsktruktiv münasibətlərin ardıcıl inkişafının nəticəsidir. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı mövqeyi və Prezident İlham Əliyevin “Azərbaycan hər zaman Rusiyanın tərəfdaşı olub və olacaq” mövqeyi bu tarixi sənədin imzalanmasına gətirib çıxardı. Putin hər zaman Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Fikrimcə, bu bəyannamə bir çox hallarda təkcə postsovet məkanının inkişafını deyil, ümumilikdə dünyanın gələcəyini müəyyən edir. Dünya qərbyönümlü olmaqdan əl çəkməlidir. Dünyada başqa sivilizasiyalar, başqa mədəniyyətlər var. Biz əlbəttə ki, Qərbə qarşı deyilik. Biz mədəniyyətlərarası dialoqun tərəfdarıyıq. Ancaq güclü dövlətlər öz xalqlarının maraqları mövqeyindən çıxış edə bilirlər, bir-biri ilə razılaşa və özlərini qoruya bilirlər. Ona görə də, bu gün mənim üçün bayramdır. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında bu cür sıx münasibətlər tarixidir, hansı ki, bu xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edir”.

Rusiyalı jurnalist Moskva Bəyannaməsini Şuşa Bəyannaməsi ilə də müqayisə edib: “Bilirsiniz, Şuşa Bəyannaməsi işğaldan azad olunmuş Qarabağın müharibədən sonra hələ soyumamış fonunda imzalanıb. Düşünürəm ki, hər iki sənəddə ümumi xüsusiyyətlər mövcuddur. Hər iki bəyannamə tərəflərin xalqlarının maraqlarına cavab verir. Əminəm ki, ölkələrimiz arasında əlaqələr bundan sonra da daha möhkəmlənəcək və güclənəcək”.

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko APA-ya bildirib ki, Moskva Bəyannaməsi ilə Rusiya bir daha Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin toxunulmaz olduğunu təsdiqləmiş olub: “Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri və iki ölkə arasında müttəfiqlik haqqında strateji sənədin imzalanması fövqəladə dərəcədə vacib siyasi hadisədir”.

Onun sözlərinə görə, bu sənəd qarşıdakı on illiklərdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafının gedişatını müəyyən edəcək.

“Beynəlxalq vəziyyətin gərgin olduğu şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfər faktı onu göstərir ki, Azərbaycanın simasında Rusiya strateji tərəfdaş, etibarlı müttəfiq qazanıb. Bu bəyannamə ilə Rusiya bir daha Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin toxunulmaz olduğunu, Qarabağla bağlı üçtərəfli bəyanatların bütün bəndlərinin tez bir zamanda icra olunmasının vacibliyini təsdiqləmiş oldu. Ümid edirik ki, bu səfər və imzalanan sənəd dövlətlərimizin gələcək inkişafı üçün əsas olacaq”, - rusiyalı hərbi ekspert vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar