Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: “Bakı nəhayət, Qarabağ məsələsinə nöqtə qoymaq qərarına gəlib”

Rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov bu fikirləri bildirib...

Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi qərarı gözlənilən idi. Çünki rəsmi Bakının səbir kasası daşmışdı.

Bunu APA-nın Moskva bürosuna müsahibəsində rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda antiterror tədbirləri keçirmək qərarına gəlib: “Bu, gözlənilən idi. Çünki, İrəvan və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri müntəzəm olaraq regionda, iki ölkənin sərhədində təxribatlara əl atırdılar. Bu gün isə Azərbaycanın Xocavənd rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı terror aktı həyata keçirilib. Bu hadisə rəsmi Bakının səbir kasasını daşıran son damla olub. Hesab edirəm ki, bütün bunlara Ermənistanı onun qərbli müttəfiqləri təhrik edir. Azərbaycan Rusiya tərəfinin keçirdiyi antiterror əməliyyatı barədə xəbərdar edib. Çox güman ki, Azərbaycan tərəfi fəaliyyətində sülhməramlı kontingentlə razılaşdırmalar aparır. Bu razılaşdırmalar Qarabağın dinc erməni sakinlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Azərbaycan tərəfi ancaq hərbi infrastruktura zərbələr endirir. Bakı nəhayət ki, bu məsələyə nöqtə qoymaq qərarına gəlib. Ermənistan 2020-ci ildə üçtərəfli razılaşmanı imzalamasına baxmayaraq, faktiki onları icra etməyib. İrəvan regiona üçüncü oyunçuları cəlb etmək, Rusiyanın və onun sülhməramlı kontingentinin fəaliyyətini nüfuzdan salmaq üçün hər cür səy göstərib. Amerikalılarla birgə hərbi təlimlər keçirərək İrəvan müttəfiqinin kim olduğunu sübut edib. Bu isə nə Moskvanı, nə Bakını, nə də Tehranı qane edir”, - rusiyalı siyasi ekspert vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar