Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyadakı azərbaycanlılar sahibsiz və Allah ümidinə buraxılıblar“


"Millətimizi sahibsiz gördülər"


Sakit Allahverdiyev: "Azərbaycan Konqresi formaca var sayılır, ancaq mahiyyətcə yoxdur"

Son bir neçə ayda Rusiyanın müxtəlif bölgələrində azərbaycanlılara, eləcə də digər millətlərin nümayəndələrinə qarşı artmaqda olan təzyiqlərin arxasında duran gizli məqamlara aydınlıq gətirmək məqsədi ilə, PİA.AZ Rusiyadakı nüfuzlu azərbaycanlılardan biri, Azərbaycan diasporunun qurucularından olan Sakit Allahverdiyevin son hadisələrə münasibətini öyrənib. 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

-Sakit müəllim hazırda MoskvaRusiyanın digər şəhərlərində miqrantlara qarşı münasibət necədir?

Miqrantlar problemi Rusiyada çox ciddi bir şəkil alıb...Rusiya ictimaiyyəti tərəfindən bu məsələlər çox ciddi şəkildə müzakirə edilir. Rusiya ictimaiyyəti dedikdə sadəcə küçəyə çıxan kütlələri demirəm. Miqrantlara qarşı küçəyə çıxan xalq kütlələri aysberqin görünən hissələridir və aysberqin görünməyən hissələri də var. Rusiyanın bütün bölgələrində mövcud olan rayon, şəhər, vilayət seçki orqanları, adminlər, güc qüvvələri, ziyalı təbəqələr, siyasi partiyalar və sairə. Müzakirələr yuxarıda adları çəkilən bütün təşkilatlarda, dövlət orqanlarında mütəmadi olaraq müzakirələr davam edir. Bu proseslər həm paytaxtda, həm də regionlara aiddir. 

Qısaca desək, belə bir vəziyyət yaranıb. Miqrantlara dövlətin ehtiyacı var, ancaq, yerli əhalidə milli elektronlaşma baş verir və onlar miqrantlara qarşıdırlar.

-Sizcə Rusiya hakimiyyət orqanları vəziyyətə nəzarət edə bilirlər ya yox?

Rusiya dövlət orqanları vəziyyətə tam nəzarət edirlər və dövlətin ehtiyaclarının təmin edilməsinə çalışırlar. 

Aydın məsələdir ki, hər şey qanun çərçivəsində olmalıdır. Bəlkə bəzi məmurlar öz vəzifə borclarını lazımınca yerinə yetirmirlər. Bu bütün ölkələrdə az və çox dərəcədə müşahidə olunan fərqli məsələdir. Ancaq dövlətin tam nəzarəti göz qabağındadır.

-Hadisələrin sonrakı inkişafını necə dəyərləndirərdiniz?

Hadisələrin sonrakı inkişafı hal-hazırda görülən işlərin nəticəsi kimi biruzə verəcək və davam edəcək. Bu gün Rusiya dövləti öz hesablarına görə ehtiyacı olan sayda emiqrant qəbul etmək istəyir. Bu məqsədə nail olmaq üçün qarşılıqlı iki tərəf var. Biri dövlət orqanları , başqa tərəf emiqrantlar. 

Bu tərəflərin hər ikisi fəaliyyətlərini qanun çərçivəsində etməlidirlər, ancaq etmirlər. Şəxsi mənfəət məsələsi var... Dövlətin məmurlara təsir aləti güclüdür, ancaq emiqrantlara zəifdir. Bu məsələ Rusiyanın qarşılaşdığı yeni bir sorundur... Bu məsələlərin həll olunması üçün zamana ehtiyac var.

-Azərbaycan diaspora təşkilatlarının mövcud durumda fəaliyyətini necə qiymətləndirirsiniz?

Rusiyda Azərbaycan diasporları mərkəzləşmiş qaydada fəaliyyət göstərmir. Rəhbərliyi düşündürən diaspora problemleri deyil. Onları düşündürən ailənin gözünə girməkdir, yəni rəhbər ailə üzvlərinin gözünə pərdə asmaq üçün həmişə gərək göz önündə olasan.Öz karyeralarını qurmaq üçün hər cür münasibətdən istifadə edirler. Öz–özlüyündə bu sağlam münasibət deyil. Məqsəd gözdən pərdə asmaqdırsa, mahiyyətcə ifratdır. 

Hal hazırda demək olar ki, bütün reqionlarda parçalanma sistemi davam edir. Hər kənd bir cəmiyyət yaradır, onların heç birinin ÜAK-la əlaqəsi yoxdur. ÜAK-nın özünün ayrı-ayrılıqda nə bir siyasi, iqtisadi, nə də hüquqi təşkilatçılıq projeləri yoxdur. Söhbət hansı fəaliyyətdən gedə bilər? Bunları başa düşmək üçün başqa millətlərin diaspora fəaliyyətinə nəzər salmaq yetərlidir.

-Diasporanın işinin effektivliyi Rusiyada azərbaycanlılara qarşı münasibətin müsbət mənada dəyişməsinə kömək edə bilər?

Əlbəttə edə bilər və etməlidir. Rusiyada azərbaycanlılara qarşı münasibətin müsbət mənada dəyişməsi diasporaların fəaliyyətinin ana xetti olmalıdır. Başa düşmək lazımdır ki, indiki Rusiya 5 il bundan əvvəlki Rusiya deyil. Hər şey dəyişir, inkişaf edir. Ancaq diaspora yərində tapdalayır, zamanla ayaqlaşa bilmir. Sadə bir misal çəkəcəm.

Son zamanlar Moskvada eləcədə bütün böyük şəhərlərdə supermarketler, qipermarketlər sanki göbələk kimi bitirlər. Bu bir iqtisadi faktordır və bununla belə Azərbaycandan gələn emiqratların həyat fəaliyyətinə bir başa təsir edən amildir...Çünki marketlər hər şey satırlar, o cümlədən meyvə tərəvəzdə. Artıq onlar kiçik müəsissələri, xırda alverçiləri sıxışdırıb aradan çıxardırlar. Bazarların bağlanmasının birinci səbəbi budur. Bizli də, bizsiz də bu proses bir iqtisadi proses olaraq davam edəcək. Əvəzində millətə kim nə təklif edib?!...

Vəziyyət günü-gündən çətinləşəcək. Marketlər artır, özləri satdıqları məhsulları tədarük edirlər. Azərbaycanlılara,  "Köhne bazar"a, "Budka" ticarətinə, təmizliyə, sağlamlığa riayyət olunmayan depolara ehtiyacları yoxdur. Demək ki, azərbaycanlılar ya super qipermarket tikməlidirlər, ya da meyvə-tərəvəzdən fərqli sahələrə keçməlidirlər. Çoxları isə vətənə dönəcəklər. Artıq bu proses başlayıb. Bu geri dönülməz bir prosesdir.

Ikinci bir misal çəkim. "Biryulevo hadisələri"... Diqqət edin. Cinayət tərkibli hadisə baş verib. Hər kəsin yadındadır. Yerli xalq ayağa durub. Nə konqresdən, nə də başqa diaspora təşkilatlarından "dialoqa" çıxan kimsə olmadı. Bu nə deməkdir?! Bu o deməkdir ki, dar gündə milləti ortada tək qoydular. Bunu bütün dünya gördü. 

Allah eləməsin, ikinci səfər belə bir hadisə baş versə nəticələri bizim üçün daha pis olacaq. Çünki, MİLLƏTİ SAHİBSİZ GÖRDÜLƏR. 

Acığını desək, konqres rəhbərliyinin səriştəsizliyindən adekvat cavab verə bilmədik. Əslində bu iş başqa cür təşkil olunmalıydı. Yəni konqres rəhbərliyi dünya praktikasına uyğun hərəkət etməliydi. Məsələn, konqres rəhbərliyi Daxili İşlər nazirliyinin işçiləri ilə birlikdə həlak olanın ailəsini ziyarət etməli, baş sağlığı verməli və eyni zamanda valideyinlərinə maddi yardım etməli idilər. Əlavə Biryulevo bazarına hücum edənlərin başçıları ilə görüş keçirməli, problemləri güc hərəkətlərindən danışıqlara istiqamətləndirməli idilər. Əfsuslar olsun ki, bunu edə bilmədilər, etmədilər. Demək ki, milləti özlərinə layiq görmədilər. Belə halda özləri konqres rəhbərliyinə heç layiq deyillər.Belə konqres kimə lazımdır?!...

-Hazırkı bu çətin durumda Rusiya Azərbaycanlıları Konqresi tərəfindən soydaşlarımıza kömək məqsədi ilə hər hansı bir addım atılıb?

Eşitməmişəm.

-Rusiyada problemlərlə üzləşən soydaşlarımızdan sizə kömək üçün müraciət edənlər olub?

Bəli. Çoxları bilirlər ki, mənim diaspora fəaliyyətim var, çoxlarının sənədləri qaydasında deyil. Birinci bu problemdir.Sənədlərin düzəlməsində "alverçilik" edənlərdə var. Başqa şəhərlərdə olanda diaspora ilə, vəziyyətlə maraqlanıram.

-Sizcə erməni diaspor təşkilatlarının fəaliyyəti ilə ÜAK-ın işini müqayisə etmək olar?

Erməni diaspora təşkilatlarını bizim konqreslə heç cür müqayisə etmək olmaz. Göylə-yer qədər arasında fərq var. Ermənilər velosiped ixtira etmədilər. Onlar yəhudi diaspora sistəmlərini qəbul etdilər və eləcə də onların iş üsullarını öz sistemlərinin tərkib hissəsi kimi davam etdirirlər. Xüsusən Rusiyada bu sistem erməniler üçün daha uğurludur. Bu sistemin alt yapısı iki dövlət tərəfindən strateji əməkdaşlıq üstündə qurulmuşdur. Bunu görmək üçün ermənilərin nümayəndələrinin dövlət orqanlarında, bank sistemində, güc qüvvələrində hansı yüksək vəzifələrdə çalışdığını izləmək yetərlidir. 

Başqa bir fakt, bu gün Ermənistanın büdcəsinin 40%-ni formalaşdıran Rusiyada yaşayan ermənilərdir. Yəni ki, burda yaşayan ermənilər Ermənistanda şirkətlər açırlar və dövlətə vergi ödəyirlər. Çox maraqlıdır, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının büdcəsinin formalaşmasına verilən vergilərin necə faizini təşkil edir? Belə bir rəqəm varmı? Yoxdursa bunun səbəbləri nədir?!

-Diaspor təşkilatlarımızın son bir neçə ildə bu qədər parçalanmasının kökündə duran səbəb nədir?

Diaspor təşkilatlarının parçalanmasının səbəbləri çoxdur. Burda daxili və xarici faktorlar var.

Birincisi, Azərbaycanlıların diaspora kimi formalaşması, birgə olması, bir toplum kimi siyasi–ictimai qüvvəyə çevrilməsi Azəbaycanın düşmənlərinin heç birinə faydali deyil. Ona görə düşmən qüvvələr mütləq çalışacaqlar ki, diasporanı parçalasınlar, qüvvələri bir-birinə qarşı qoysunlar, hörmətdən salsınlar və son nəticədə məhv etsinlər. 

Əks təqdirdə diaspora şəkilində formalaşan milli kütlə ictimai-siyasi gücə çevrilərək qarşıda olur və yaxud da ən azından diasporanın rəhbərliyini ələ alaraq özlərinə qarşı zərərsizləşdirirlər. Məsələn, konqresin indiki durumu eyni vəziyyətdir. Formaca var sayılır, ancaq mahiyyətcə yoxdur!

Ikinci onəmli faktor - daxili müdaxilədir. Daxili müdaxilənin arxasında çox zaman yenə xarici qüvvələr görünür. Məsələn məmurların məqsədyönlü təsiri, yerlibazləq, rüşvətxorluq, daha doğrusu maddi maraqlar ehtirası və başqa səbəblər var.

-Rusiyadakı diaspor təşkilatlarımızın millətimiz və dövlətimiz naminə bir yerə yığışması, eyni tavan altında daha effektiv fəaliyyət göstərməsi üçün nə tələb olunur?

Birinci şərt - Konqresin prezidentinin və İcra Aparatı rəhbərinin istefa verməsidir.

İkinci şərt - qurultayın çağırılması, yeni prezidentin və icra aparatının təşkil olunması, Ağsaqqallar Şurasının yaradılması, Vitse Prezidentlər İnustitutunun yaradılmasıdır.

Üçüncü şərt - Rusiyada yaşayan nüfuzlu, zəngin azərbaycanlılarla birlikdə Azərbaycan Respublikasə Prezident Administrasiyası və Dövlət diaspora komitəsi ilə birlikdə məqsədyönlü projenin hazırlanmasıdır.

Bununla belə unutmaq olmaz ki, konqresin bütün fəaliyyəti Rusiya Federasiyasında baş verəcək. Yerli zəmində dövlət orqanlari ilə  işgüzar münasibət yaratmaq lazəmdir.

Bütün fikirlərimi burda davam etmək istəmirəm. Qısaca olaraq qeyd edim ki, bizim bu sahədə ciddi təcrübəmiz var.

-Siz ÜAK-ın fəaliyyətini saytımıza verdiyiniz keçən müsahibənizdə sərt tənqid etmişdiniz, diasporanın birləşməsi və daha güclü olması üçün konkret konsepsiyanız varmı?

Bəi çox ciddi projemiz var. Bizim projemiz dünya təcrübəsinə köklənsə də, Azərbaycan orjinallığı ilə seçiləcək.

-Çox sağ olun Sakit müəllim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Gülşən
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ən çox oxunanalar