Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada ikinci səfərbərlik dalğası başlayır?

Rusiyanın Rostov və Voronej vilayətlərində qubernatorlar tərəfindən yeni tapşırıqlar və səfərbərlik tədbirlərinin davam etdirildiyi barədə açıqlamalar verilib...

PİA.az oxu.az-a istinadən bildirir ki, Müharibə Tədqiqat İnstitutunun (ISW) mütəxəssisləri hesab edir ki, bu, böyük ehtimalla, qeyd edilən bölgələrdə məntəqə çağırış komissiyalarının müəyyən edilmiş standartlara uyğun fəaliyyət göstərməməsi ilə bağlıdır.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, region qarşısında "yeni səfərbərlik tapşırıqları" qoyulub. Həmçinin qeyd edib ki, məntəqə çağırış komissiyaları tərəfindən müvafiq sərəncamın yerinə yetirilməsinə başlanılıb, lakin təfərrüatları açıqlamayıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə qeyd edib ki, hərbi xidmətə çağırış oktyabrın 10-dan sonra uzadılacaq.

Rusiyanın bu bölgələrində ikinci səfərbərlik dalğasının başlanıb-başlamadığı hələlik məlum deyil.

Eyni zamanda səfərbərlikdən cəza tədbirləri və ya şantaj kimi istifadə halları da qeydə alınır.

Məsələn, Maqadan vilayətinin qubernatoru Sergey Nosov qızıl mədən şirkətinin rəhbərinin səfərbərliyə çağırılması ilə bağlı göstəriş verib, buna səbəb isə şirkətin işçiləri arasında çağırış kampaniyası keçirilməsindən imtina edilməsi olub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Ən çox oxunanalar