Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb...

Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, Xarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər.

“Saat 13:30 radələrində Kupyansk şəhərinin atəşə tutulması nəticəsində ikimərtəbəli evin iki bloku dağıdılıb, azı 5 fərdi evə ziyan dəyib. Yaralı iki qadın tibb müəssisələrinə yerləşdirilib, bir mülki şəxsə isə yerindəcə tibbi yardım göstərilib. Dağıntılar altında insanlar ola bilər. Fəsadların aradan qaldırılması davam edir”, – Sinehubov qeyd edib.

O əlavə edib ki, təkcə şənbə günü işğalçı qüvvələr Xarkov vilayətində sərhəd yaşayış məntəqələrinə 10-dan çox hava zərbəsi endiriblər.

Bundan başqa, ölkənin Sumı vilayətinin Xotın icmasının ərazisinə endirilmiş artilleriya zərbələri sonucunda bir mülki şəxs ölüb, digəri yaralanıb. Bildirilib ki, ümumilikdə ərazidə 11 partlayış qeydə alınıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Ən çox oxunanalar