Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

Rusiyada yetkin yaşlı milyonlarla insana, həm kişilərə, həm də qadınlara bildiriş və elektron məktub göndərilməsinə başlanıb. Novator.az xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzeti yazıb.

Qəzetin əldə etdiyi məlumata görə, bildirişi, elektron məktubu alan hər bir rusiyalıdan öz hərbi mükəlləfiyyəti (hərbi xidmətə yararlı olub-olmaması, hansı hərbi ixtisasla qeydə alınması və sair) barədə yerli hakimiyyət orqanına bilgi vermək tələb edilir.

Rusiya Ukrayna ilə açıq müharibəyə hazırlaşır?” yazan qəzet xatırladır ki, vaxtilə, soyuq müharibə dövründə Sovet İttifaqında bu prosedur səfərbərliyin ilkin mərhələsi hesab olunurdu.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. 2021-ci ildə Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib, Rusiya qısa müddətdə Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krım yarımadasına 100 mindən çox qoşun yığıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar