Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sanksiyalardan yayınmaq məqsədi ilə Azərbaycandan yararlana bilər?

Rusiya-Ukrayna böhranı fonunda Azərbaycanın geosiyasi vəziyyəti necə dəyişir?..

Siyasi şərhçi: “Rusiya üzərindəki indiki sanksiyalar yenidir. Bu sanksiyalar hələ oturuşmalıdır”.

Azərbaycanla bu istiqamətdə Rusiya ilə münasibətləri, məsələn banklararası münasibətlər dollarla həyata keçirilə bilər. Əgər onlar SWIFT sistemindən digər sistemlərə müraciət etməsələr, bu ola bilər”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Rusiyanın sanksiyalardan yayınmaq məqsədi ilə maliyyə və neft-qaz nəqli üçün Azərbaycandan yararlana biləyi ilə bağlı iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi iddialara və analizlərə görə Rusiya sanksiyalardan yayınmaq məqsədi ilə maliyyə və neft-qaz nəqli üçün Azərbaycandan yararlanacaq. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev postsovet məkanında yeganə liderdir ki, həm Zelenski ilə, həm də Putinlə telefonla əlaqə saxlayaraq Ukrayna mböhranını müzakirə edib. Ukraynaya humanitar yardım yollayan yeganə MDB ölkəsi olmaqla yanaşı Azərbaycan, həm də Rusiya ilə Ukrayna arasında vasitəçilik roluna yüklənən yeganə ölkədir. Bu əlbəttə ki, yaranmış geosiyasi böhranda Azərbaycan liderinin müstəqil və doğru siyasət yürütməsinin bariz nümunəsidir, bu missiya ancaq alqışlana bilər.

Əlbəttə ki, Ukrayna ilə müharibə fonunda sanksiyalar Rusiyaya ağrılı təsirlər göstərəcək və Rusiya bu vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarmağa məcburdur. Bəzi analitiklərin fikrincə Rusiyanın sanksiyalardan yayınması üçün ən əlverişli məkanlardan biri də Azərbaycandır. Avropaya gedən nəqliyyat dəhlizlərinə sahib olan Azərbaycandan yararlarlanmaq Rusiya üçün ən optiçal variantlardan biri kimi görünür.

Ehtimallara əsasən Rusiya ilə yenicə imzalanmış müttəfiqlik sazişini də nəzərə alarsaq, Azərbaycan bu vəziyyətdən ancaq siyasi və iqtisadi qazanclar əldə edə bilər və öz geosiyasi vəziyyətini daha da möhkəmləndirər. Rusiya bankları öz əməliyyatlarını Azərbaycan üzərindən həyata keçirə və Azərbaycan kəmərləri vasitəsi ilə Avroya neft və qaz da ötürə bilər ki, bu da Azərbaycan üçün əlavə gəlir mənbəyinə çevrilər. Yəni Azərbaycan Rusiya üçün dünyaya açılan “pəncərə” rolunu oynaya bilər ki, bundan da iki ölkə arasında münasibətlər vazkeçilməz hala gəlməsi ehtimallar arasında yer alır.

Təbii ki, bu vəziyyət Azərbaycanın geosiyasi əhəmiyyətini artırdığı kimi, Azərbaycan-Ermənistan münaqişəsində də Bakının əlini əhəmiyyətli şəkildə gücləndirə bilər. Yəni bütün variantlarda Azərbaycan geosiyasi proseslərdə Ermənistanı bir çox məsələlərdə qabaqlayaraq öz iradəsini daha aktiv şəkildə reallaşdıra biləcək. Gürcüstanın sərgilədiyi qorxaq bitərəf siyasət isə Azərbaycanı istər Qərb, istərsə də Rusiya üçün regionun əsas geosiyasi tərəfdaşına çevirir.

Rusiya-Ukrayna böhranı fonunda Azərbaycanın geosiyasi vəziyyəti necə dəyişə bilər? Əgər doğrudan da Rusiya sanksiyalardan yayınmaq məqsədi ilə Azərbaycanla əməkdaşlığı artırarsa, bu Azərbaycan-Ermənistan münaqişəsində Bakının mövqelərinin daha da güclənməsinə yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bu sanksiyaların ancaq Rusiyaya, yoxsa Rusiya ilə əməkdaşlıq edən ölkələrə və şirkətlərə də tətbiq olunması məsələsi var”.

Neft və qaz məsələsində Azərbaycanla Rusiya arasında əməkdaşlığın ola biləcəyini pronqnoz edən siyasi şərhçi PİA.az-a bildirib ki, Azərbaycanın lojistik infrastruktu imkan verir ki, Azərbaycan nefti Rusiyadan alıb öz nefti kimi digər ölkələrə satsın:

Rusiya üzərindəki indiki sanksiyalar yenidir. Bu sanksiyalar hələ oturuşmalıdır. Məsələn, İran üzərindən olan sanksiyalar üçüncü dövlətlər, hətta İranla əməkdaşlığa görə belə sanksiyalara məruz qalırdılar. İndi bilinmir bu qayda Rusiyaya da aid olacaq, yoxsa yox. Hələ ki, Qərb ancaq özünün Rusiya ilə olan maliyyə münasibətlərinə yenidən baxır və sanksiyaları tətbiq edir.

Azərbaycanla bu istiqamətdə Rusiya ilə münasibətləri, məsələn banklararası münasibətlər dollarla həyata keçirilə bilər. Əgər onlar SWIFT sistemindən digər sistemlərə müraciət etməsələr, bu ola bilər. Rusiya ilə Azərbaycan arasında ortaq bir maliyyə fondu yaradıla bilər və bu maliyyə fondu banklar arasındakı tranzaksiyaları tənzimləyə bilər. Yaxud da ticarəti Rusiya öz valyutaları ilə həyata keçirə bilər. Amma burada Rusiya rublunun məzənnəsinin oynaması əlbəttə ki, böyük problemlər yaradacaq.

Neft və qaz məsələsində əməkdaşlıq ola bilər. Yəni Azərbaycanın lojistik infrastruktu imkan verir ki, Azərbaycan nefti Rusiyadan alıb öz nefti kimi digər ölkələrə satsın. Bu da mümkümdür. Amma yenə də bu sanksiyaların ancaq Rusiyaya, yoxsa Rusiya ilə əməkdaşlıq edən ölkələrə, şirkətlərə tətbiq olunması məsələsi var. Digər tərfədən hələ ki, enerji baxımından Qərb Rusiya ilə münasibətləri kəsmir. Hələ ki, Almaniyanın Rusiyanın qazından imtina etməsi haqda bəyanatı var. Bu da tez bir zamanda həll olunan məsələ deyil.

Fərhad Məmmədov: “Azərbaycan-Ermənistan münasibətlərində Rusiya prezidentinin bu ərəfədə hər hansısa fəaliyyəti gözlənilmir. Çünki öz problemləri çoxdur”.

İkinci tərəfdən əgər bu baş versə, onda neft və qazın qiyməti yenidən qalxacaq. Bu da öz növbəsində enerjinin istehlakçılarına baha başa gəlir. Yəni bir çox məqamlar var ki, bu məsələyə təsir edir. Bir nümunə dədeyim ki, neçə gündür Ukraynada müharibə gedir, amma “Qazprom” Ukraynadan gedən infrastruktur vasitəsilə Avropaya qaz həcminin satışını artırıb.

Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə isə, hesab edirəm ki, Rusiya prezidentinin bu ərəfədə hər hansısa fəaliyyəti gözlənilmir. Çünki öz problemləri çoxdur. Yaxın bir neçə həftə ərzində aydın olacaq ki, ümumi qlobal vəziyyət nə yerdədir. Proseslər hansı məcraya - qarşıdurma məcrasına, yoxsa dondurulma məcrasına keçəcək? Ancaq bundan sonra Azərbaycanın geostrateji mövqeyinin güclənib-güclənmədiyini demək olacaq.

Ümumillikdə hələ ki, Azərbaycanın atdığı addımlar nəticəsində bu mövqelər əlbəttə ki, güclənib. Çünki Azərbaycanın Ermənistandan resursu qat-qat çoxdur və bu resurslar işləkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar