Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya qoşunları Xerson vilayətinin qərbindən geri çəkilirlər

Rusiya Federasiyası bəndin zədələnməsinə görə məsuliyyəti Ukraynanın boynuna qoymaq istəyir...

Rusiya ordusu qoşunlarını Ukraynanın ilhaq edilmiş Xerson vilayətinin qərb hissəsindən çıxarmağa başlayıb.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqat İnstitutunun (ISW) oktyabrın 21-də yaydığı hesabatda bildirilir.

Qeyd edilir ki, Ukrayna ordusu bir gün əvvəl Rusiya qüvvələrinin döyüş sursatı, texnikası və bəzi hissələri Dnepr çayının qərb sahilindən şərq sahilinə fəal şəkildə köçürdüyü barədə xəbər yayıb. Hətta Rusiya səfərbərliyə cəlb edilən təxminən iki min nəfəri də kömək üçün əraziyə göndərib.

Rusiyanın geri çəkilməsini ört-basdır etmək və Ukrayna qüvvələrinin Xersonun dərinliklərində Rusiya qüvvələrini təqib etməsinə mane olmaq üçün Xerson vilayətindəki Kaxovskaya SES bəndini partladacağına dair proqnoz da hesabatda vurğulanır.

Rusiya Federasiyası bəndin zədələnməsinə görə məsuliyyəti Ukraynanın boynuna qoymaq istəyir.

“Ukraynanın 80 şəhərini su altında qoyacaq, yüz minlərlə insanı didərgin salacaq, Ukraynanın onsuz da zəif olan enerji təchizatına ziyan vura biləcək bəndi partlatmaqda heç bir maddi marağı yoxdur”, - ISW bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar