Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusu “sülhməramlı fəaliyyət” hüququnu itirmiş sayılır

Ukraynanın işğalı rus qoşunlarının Azərbaycandan çıxarılmasını tezləşdirə bilərmi?..

Məlum olduğu kimi, fevralın 24-də Rusiya Federasiyasının qoşunları müstəqil Ukrayna Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hazırda Avropa dövlətləri başda olmaqla, dünyanın 100-ə yaxın ölkəsi Putin Rusiyasını “aqressor”, rus ordusunu isə “işğalçı” elan edib. Bununla yanaşı, Avropa ölkələri və dünyanın aparıcı dövlətləri Rusiyaya və onun rəhbərlərinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edir. Yəni artıq bütün dünya Rusiyanı işğalçı dövlət kimi tanıyır.

Müstəqil bir dövlətin su sərhədlərini, əsas strateji obyektlərini, liman şəhərlərini, aerodromlarını ələ keçirib, paytaxtını mühasirəyə alan, dinc əhalini qorxu və vahimədə saxlayan, onu ittiham edənləri isə gülünc şəkildə “Rusiya “özünümüdafiə hüququ”ndan istifadə edir” deyən və ya nüvə silahı ilə təhdid edən dövlətdən bundan sonra nə istəsən gözləmək olar. Bu halda isə, konkret olaraq, hazırda Baltik respublikaları daxil olmaqla, Skandinaviya dövlətləri, habelə, Polşa, Rumıniya kimi

Bir çox ölkə artiq Rusiyani özlərinə “potensial təhlükə” hesab edir

Və paradoksal vəziyyət ondadır ki, hazırda bütün Avropaya və dünyaya nüvə silahı ilə meydan oxuyan, işğalçı müharibəni “özünü qorumaq üçün atılan addım” kimi təqdim edən Rusiyanın ordusu ona qonşu ölkələrdə illərdir “sülhməramlı fəaliyyət”lə məşğul olur… Sual olunur: 2014-cü ildən bəri keçmiş sovet respubliklarından birinin ərazisini işğal altında saxlayan, 8 il sonra onu dövlət kimi aradan qaldırmaq istəyən Putin Rusiyası hansı haqla Azərbaycan, Gürcüstan və Moldova kimi digər qonşu dövlətlərdə öz əsgərləri ilə “sülh” yaratmaqla məşğul olur?..

Nə yazıq ki, İkinci Qarabağ müharibəsində Azərbaycan qalibiyyət əldə etdiyi əsnada, V.Putinin əvvəl “İsgəndər”ləri, sonra isə özünü “vasitəçi” kimi ortaya atması rus silahlı qüvvələrinin “sülhməramlı” kimi torpaqlarımıza yerləşməsinə gətirib çıxardı. Yəni məlum 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Azərbaycanın ermənilərin yaşadığı suveren ərazilərində Rusiya sülhməramlılarının müvəqqəti olaraq (5 il müddətinə) fəaliyyətinə icazə vermişik. Lakin ötən 16 ay ərazində

Rusiya sülhməramlilarının fəaliyyətində Azərbaycanın maraqlarına zidd hallar

müşahidə olunsa da, hələlik rəsmi səviyyədə açıq şəkildə ciddi etiraz bildirilməsinə rast gəlinməyib. Bundan özləri üçün “nəticə çıxaran” separatçılar, o cümlədən Araik başda olmaqla, müharibə cinayətlərinin əsas iştirakçısı olanlar (Bərdə, Gəncə, Tərtər şəhərlərini və digər yaşayış məntəqələrimizi bombardmana məruz qoyanlar) Azərbaycan dövlətinə acıq verən və qəzəb yaradan hərəkətlərini davam etdirirlər. Belə ki, separatçıların qondarma “müstəqillik”, “azadlıq hərəkatı” kimi tarixləri xüsusi tədbirlərlə qeyd etmələri, xaricdən gələn (Azərbaycanın suveren ərazilərindən keçib gələn) qonaqları qəbul etmələri, qanunsuz erməni silahlı dəstələrini tərksilah etməmələri “sülhməramlı”ların “xüsusi” xidmətləridir. Axtarışda olan Araikin verilməməsi, Qarabağda erməni silhalı dəstələrinin üzvlərinin atəşkəsi pozması, səngər qazması, postumuza qumbara atması, əvəzində Azərbaycanın suveren ərazisindən hərbi maşın karvanının keçməsinə 3-5 separatçının etirazına görə şərait yardılmaması (amma rus ordusunun karvanı nədənsə icazəsiz şəkildə Ukrayna kimi müstəqil dövlətin ərazisində şütüyür) rusların regionda sülh yarada bilmədiyindən xəbər verir.

Müharibədən sonra müşahidə olunan və Azərbaycan xalqında, ictimai-siyasi rəydə haqlı etiraz doğuran həmin faktların bir neçəsini sadaladıq. Amma bu faktlar belə deməyə əsas verir ki, 2025-ci ildən sonra rus sülhməramlılarının torpaqlarımızıda fəaliyyətinin qarşısı mütləq şəkildə alınmalıdır. Ona görə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müvafiq maddəsinə zidd olaraq işğalçı erməni silahlılarını müvəqqəti fəaliyyət göstərdikləri ərazilərdən çxarmaq əvəzinə Qarabağ ermənilərinin qayıtmasını özləri üçün “uğur” hesab edirlər. Eyni zamanda, barmaqla sayılacaq qədər rusun yaşadığı Xankəndi, Xocalı və Xocavənd rayonları ərazisində “rus icması” yaratmaqla məşğul olan “sülhməramlı” faktiki olaraq münaqişəni həll edən Azərbaycanın maraqlarını təmin edə bilməz. Burada, həmçinin həmin sülhməramlıların ilk komandanı, özünü ermənipərəst kimi göstərən

Rüstəm Muradova Avropa İttifaqının sanksiya tətbiq etdiyini xatırlatmaq lazımdır

Bütün bunlardan yola çıxaraq və yaranan geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının tam təmin edilməsinin təhlükə altına düşməsinə imkan vermək olmaz. Çünki heç bir tutarlı əsas göstərilmədən qonşu dövlətin bütün ərazisini bombardman edən, əhalisini qorxu və vahiməyə salan, şəhərlərini ələ keçirən Putin Rusiyasının “sülhməramlı”larının 4 ildən sonra ərazimizi tərk edəcəyi də sual altındadır.

Buna görə də indiki məqamda Azərbaycan xalqının əksəriyyətinin mövqeyini əsas götürən hakimiyyətimiz və dövlətimiz rus qoşunlarının Azərbaycandan çıxarılması tələbini gündəmə gətirməlidir. Ona görə ki, Ukraynayı işğal edən Rusiya ordusu nəinki qonşu ölkədə, öz daxilində də “sülhməramlı fəaliyyət” hüququnu itirmiş sayılır…

Orxan Məmmədli (AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar