Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya nefti büdcədə nəzərdə tutulduğundan iki dəfə ucuz satılır - Ölkədə ciddi iqtisadi və sosial problemlər gözlənilirmi?

Rusiyanın “Urals” markalı nefti Qərbin təyin etdiyiyi tavan qiymətin çox-çox altında, bir barreli 37,8 dollara satılır...

İqtisadçı-ekspert: “Rusiyanın makroiqtisadi göstəricilərinin kəskin pisləşməsinin qarşısını alan və onu tormozlayan faktor neft-qaz tilsimi ilə bağlıdır. Həmin tilsim qırılsa, militarist büdcə siyasəti yürüdən Rusiya üçün ciddi itkilər başlayacaq”.

“Hərbi itkilərin yaranması fonunda iqtisadiyyatın qidalandıran mənbələr də tükənir. Belə həssas şərtlər daxilində Rusiya iqtisadiyyatının müvazinəti qoruyub-saxlamaq çətindir”.

Bu sözləri iqtisadçı-ekspert Məhəmməd Talıblı neftin qiymətinin düşməsi fonunda Rusiya iqtisadiyyatını gözləyən təlatümlərı PİA.az-a şərh edərkən qeyd edib.

Bloomberg-in məlumatına görə Rusiyanın “Urals” markalı neftinin bir barreli 37,8 dollara satılır. Müqayisə üçün qeyd edilir ki, “Brent” markalı neftin bir barreli 78,57 dollaradır. Rusiyanın 2023-cü il büdcəsində isə neftin qiyməti 70 dollardan hesablanıb.

Rusiya neftinin kəskin aşağı qiymətə satılması artıq Rusiya hökümətini də ciddi narahat etməkdədir. Dünən hökümətin iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin də bu məsələ ilə bağlı narahatlığını ifadə edib.

“Rəqiblərimiz Rusiyanın neft və qaz şirkətlərinin fəaliyyətinə mane olmaq üçün siyasi alətlərdən istifadə edirlər”, deyə Rusiya prezidenti yaranmış vəziyyəti şərh edərkən bildirib.

Buna baxmayaraq Vladimir Putin hökümətdən neft qiymətlərinin aşağı olmasının büdcəyə problem yaratmaması üçün proqram üzərində işləməyi tələb edib. Rusiya prezidenti bütün sosial proqramların, o cümlədən ordunun ehtiyaclarının yerinə yetirilməsinin vacibliyini vurğrulayıb.

Bir çox ekspertlər isə hesab edirlər ki, Rusiya neftinin qiymətinin 50 dollardan aşağı olması rublun kəskin ucuzlaşmasına yol açacaq. Bəsiləri isə düşünürlər ki, təlaş üçün əsas yoxdur, çünki il hələ yeni başlayıb.

Rusiya nefti büdcədə nəzərdə tutulduğundan iki dəfə ucuz satılmağa davam edərsə, büdcənin yerinə yetirilməsi necə həyata keçirilə bilər? Neftin bu qədər ucuzlaşması fonunda bu il Rusiyada ciddi iqtisadi və sosial problemlər gözlənilirmi? Eyni zamanda böyük büdcə kəsiri Rusiya ordusunun döyüş qabiliyyətinə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Məhəmməd Talıblı ilə müzakirə edib.

Məhəmməd Talıblı: “Rusiya dövləti üçün prioritet sosial siyasət və onun konturları deyil, daha çox hərbi zəfər və siyasi ambisiyalardır”.

Resurs iqtisadiyyatına malik dövlətlərin uzunmüddətli hərbi əməliyyatlar üçün dayanıqlı ola bilmədijkərini xatırladan ekspert PİA.az-a bildirib ki, Rusiyanın iqtisadi siyasətinə yardımçı faktor dünyada enerji daşıycyılarının qiymətlərinin optimist ssenarilərə uyğun baş verməsinə görədir:

Rusiyanın dövlət büdcəsində neft-qaz sektorunun xüsusi yeri var. Dünya bazarında enerjidaşıyıcılarının qiymət konyukturasının dəyişməsi Rusiyanın ÜDM-də və büdcə daxilolmalarında müəyyən kataklizmlərlə müşahidə olunur. Rusiyanın makroiqtisadi göstəricilərinin kəskin pisləşməsinin qarşısını alan və onu tormozlayan faktor neft-qaz tilsimi ilə bağlıdır. Həmin tilsim qırılsa, militarist büdcə siyasəti yürüdən Rusiya üçün ciddi itkilər başlayacaq.

Rusiyanın Ukrayna ilə apardığı müharibəyə görə hərbi xərcləri artır. Hərbi itkilərin yaranması fonunda iqtisadiyyatın qidalandıran mənbələr isə tükənir. Belə həssas şərtlər daxilində Rusiya iqtisadiyyatının müvazinəti qoruyub-saxlamaq çətindir. Resurs iqtisadiyyatına malik dövlətlər uzunmüddətli hərbi əməliyyatlar üçün dayanıqlı ola bilməzlər. Ona görə də Rusiyanın iqtisadi siyasətinə yardımçı faktor dünyada enerji daşıycyılarının qiymətlərinin optimist ssenarilərə uyğun baş verməsinə görədir.

Məhəmməd Talıblı: “Rusiya vətəndaşının dövlətlərindən mühüm bir sosial ismarıcları və mühüm gözləntiləri olmalı deyil”.

Rusiya iqtisadiyyatı ressesiya dövrünü yaşayır. Artıq neçə rübdür ki, ÜDM-nin kiçilməsi davamlı xarakter alıb. Müharibə aparan, texniki və əsgəri itkiləri olan dövlətin sosial müdafiə siyasəti ürəkaçan ola bilməz. Bunun üzərində gələk, mədəni dünyanın əleyhinə qarşı birləşməsi daha ciddi sanksiyalar deməkdir.

Demək, Rusiya dövləti üçün prioritet sosial siyasət və onun konturları deyil, daha çox hərbi zəfər və siyasi ambisiyalardır. Ona görə Rusiya vətəndaşının dövlətlərindən mühüm bir sosial ismarıcları və mühüm gözləntiləri olmalı deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar