Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya doğrudanmı Avropaya hücum edə bilər? - Bu idda nə qədər əsaslıdır...

İddiaya görə, Rusiya 2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə bilər...

Siyasi-şərhçi: “Düşünürəm ki, belə iddiaların indi ortaya çıxması Qərbi, ABŞ-ı, ələxsus Avropa Birliyini Ukraynaya yenidən səfərbər etmək məqsədi daşıyır”.

Rusiya iqtisadi problemlərlə üzləşsə də, həyat səviyyəsi aşağı düşsə də, müharibəni davam etdirə bilir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiyanın Avropaya hücum iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Avropa kəşfiyyat xidmətlərindən biri məlumat yayıb ki, Rusiya 2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə bilər. Moskvanın məhz ABŞ-ın “lidersiz” qaldığı anda Avropaya zərbə vura biləcəyi iddia edilib.

Bəs bu iddia nə qədər real ola bilər və Rusiyanın NATO ilə savaşmaq üçün resursları varmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Rusiya müharibənin ilk aylarında nə qədər hədə-qorxu gəlsə də, NATO ölkələrinə qarşı hər hansısa bir hərəkət həyata keçirə bilmədi”.

Rusiyanın az da olsa, bir sıra platformalarda özünə qarşı beynəlxalq dəstəyi təşkil edə bildiyini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, belə olan halda, Rusiya ilə bağlı xof yaratmaq Qərbin öz sıralarını səfərbər etmək məqsədi daşıyır:

“Düşünürəm ki, belə iddiaların indi ortaya çıxması Qərbi, ABŞ-ı, ələxsus Avropa Birliyini Ukraynaya yenidən səfərbər etmək məqsədi daşıyır. Çünki həm ABŞ-da, həm Avropada müharibədən yorğunluq hiss olunur. Digər tərəfdən istər ABŞ-da, istərsə də Avropada Ukraynaya yardım daxili siyasətin əsas müzakirə obyektinə çevrilib. Rusiyadan fərqli olaarq nə ABŞ, nə də Avropa ölkələri öz iqtisadiyyatlarını müharibə reyslərinə keçirməyiblər və Rusiya ilə bağlı hesablamalarında da səhvlər ediblər.

Yəni Rusiya iqtisadi problemlərlə üzləşsə də, həyat səviyyəsi aşağı düşsə də, müharibəni davam etdirə bilir. Həmçinin Rusiya iqtisadiyyatını hərbi relsə keçirib. Rusiya az da olsa, bir çox platformalarda beynəlxalq dəstəyi təşkil edə bilib. Eyni zamanda, Çin və Hindistan kimi böyük iqtisadiyyatlar, o cümlədən Afrika bazarı Rusiyanın üzünə qapadılmayıb cə bu da kollektiv Qərbin total sanksiyaları qarşısında Rusiyanın davam gətirə biləməsini stimullaşdırır. Belə olan halda, Rusiya ilə bağlı xof yaratmaq Qərbin öz sıralarını səfərbər etmək məqsədi ilə belə məlumatlar yayılır və bu məlumatlara etibarlılıq dərəcəsi verilir.

Xatırladım ki, Rusiya müharibənin ilk aylarında nə qədər hədə-qorxu gəlsə də, NATO ölkələrinə qarşı hər hansısa bir hərəkət həyata keçirə bilmədi. Söhbətlər çox oldu, şantajlar çoxoldu, amma real hərəkət olmadı. Əksinə olaraq Rusiyanın NATO ilə sərhərləri iki dəfə genişləndi. Bu da Rusiya resurslarının həmin sərhədlərinin qorunmasına cəlb edilməsinə gətirib çıxardı.

Rusiyanın NATO ilə savaşmaq üçün resurslara gəlincə, deyə bilərəm ki, bu resurs ancaq nüvə silahına dayanır və durdurma xarkerlidir. Tarix boyu Rusiya öz işğallarını tükəndirmə taktikası ilə həyata keçirib və hazırda Ukraynada da tətbiq edilən bu taktikanın NATO-ya qarşı uğur qazana biləcəyini isə düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

Ən çox oxunanalar