Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Aİİ-dən və BRİKS-də olan mütəfiqlərini itirməyə doğru gedir?

Çin, Qazaxıstan, Ermənistan və Braziliya BMT-nin Ukrayna və Gürcüstana “Rusiyanın təcavüzünü” pisləyən qətnaməsinin lehinə səs verib...

Siyasi-şərhçi: “Çin, Braziliya, Qazaxıstan və Ermənistanın da səsvermədə iştirak edib, bu sənədin lehinə səs vermələrinin Rusiya üçün hansısa prinsipial məqama çevriləcəyini düşünmürəm”.

“Maraqlıdır ki, Ermənistan növbəti səsvermələrdə bunu president kimi istifadə edib Rusiyanı təcavüzkar elan edən qətnamələrdə iştirak edəcək, yoxsa yox”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Çin, Qazaxıstan, Ermənistan və Braziliyanın “Rusiyanın təcavüzünü” pisləyən qətnamənin lehinə səvermələrini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Çin, Qazaxıstan, Ermənistan və Braziliya BMT-nin Ukrayna və Gürcüstana “Rusiyanın təcavüzünü” pisləyən qətnaməsinin lehinə səs verib. Bu ölkələr bir qayda olaraq Rusiyanın müttəfiqləri hesab olunur və bu günə qədər Ukraynada başlatdığı müharibəyə görə Moskvanı qınamamışdılar. Birdən-birə bu ölkələrin mövqe dəyişməsini nəylə əlaqələndirmək olar? Rusiya Aİİ-dən və BRİKS-də olan mütəfiqlərini itirməyə doğru gedir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Demokratiyalar Sammitinin təcrübəsi göstərir ki, hər zaman prinsipial mövqelərdə qərarların verilməsində boyunqaçmalar olur”.

Qazaxıstan və Ermənistan Rusiyanın müttəfiqləri olduğunu xatırladan ekspert hesab edir ki, Rusiyanın bu müttəfiqlər ilə ayrıca söhbəti olacaq:

“Bu BMT-nin sırf Rusiya ilə bağlı olan sənədi deyildi. Bu Avropa təsisatları ilə BMT-nin əməkdaşlığını reqlamentləşdirən bir sənəd idi. Bu sənəddə onlarla bənd var və bir bənd alt bəndində belə bir sözlər yer alıb. Yəni, bu bənddə Rusiyanı aqressiv, təcavüzkar kimi qələmə verirlər.

Buna görə də bu qətnamə ilə bağlı səsvermə o qədər də prinsipial deyil. Çin, Braziliya, Qazaxıstan və Ermənistanın da səsvermədə iştirak edib, bu sənədin lehinə səs vermələrinin Rusiya üçün hansısa prinsipial məqama çevriləcəyini düşünmürəm. Digər ölkələrə qarşı Rusiya öz gözləntilərini aşağı səviyyədə saxlayıb. Amma Qazaxıstan və Ermənistan Rusiyanın müttəfiqləridir. Düşünürəm ki, Rusiyanın bu müttəfiqlər ilə ayrıca söhbəti olacaq. Moskva Qazaxıstan və Ermənistana daha diqqətli olmalarını deyəcək.

Maraqlıdır ki, Ermənistan növbəti səsvermələrdə bunu president kimi istifadə edib Rusiyanı təcavüzkar elan edən qətnamələrdə iştirak edəcək, yoxsa yox. Ən maraqlı proseslər məhz burada baş verəcək. Çünki Ermənistan bunu president kimi istifadə edib gələn səsvermələrdə yenə Rusiyanın leyhinə səs verə bilər.

Amma Demokratiyalar Sammitinin təcrübəsi göstərir ki, hər zaman prinsipial mövqelərdə qərarların verilməsində boyunqaçmalar olur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar