Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəqsanə evinin polis rəisi tərəfindən əlindən alınmasını təsdiqlədi

Artıq bir neçə gündür müğənni Rəqsanə İsmayılovanın adı məmurla qalmaqalda hallanır. Yayılan xəbərlərə görə, Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu ifaçının mənzilini əlindən almaq üzrədir

İfaçı yayılan xəbərlərə ilk dəfə ARB TV-də yayımlanan "Show news" verilişində aydınlıq gətirib.

R.İsmayılova xəbərdə dərc olunan bütün məlumatları təsdiq edib. Müğənni həmin şəxsdən əvvəllər də sələmə pul aldığını və problem yaşamadığını bildirib:

"Hardasa 2014-cü ildə də belə bir problem olmuşdu. Mən o insana 2 otaqlı evi zamin qoydum və ondan 100 min dollar pul götürdüm, aybaay 3 min dollar pul ödəyirdim. 6 ay müddətində 100 min dolları bağladım, evimi dala qaytardım. Sözügedən 4 otaqlı evimi ona göstərdim. Həmin evə görə mənə Azərbaycan manatı ilə pul verdilər. Evimi girov qoyaraq, hər ay ona 12 min dollar ödəmişəm".

Müğənni onu da əlavə edib ki, məlum inflyasiyadan sonra aylıq 12 min dollar ödəmək ona çətinlik yaradıb. O, qarşı tərəfdən aylıq faiz dərəcəsini 3-dən 2-yə endirilməsini xahiş edib. Qarşı tərəf razılığa gəlmədiyindən müğənni pulu dollarla ödəyə bilməyib və hazırda evi əlindən çıxmaq təhlükəsindədir.
R. İsmayılova iddia edir ki, qarşı tərəf qanunsuz yolla ona vəkil tutub və daha sonra məhkəmə keçirilib. Rəqsanənin isə nə ona tutulan "vəkil"dən, nə də məhkəmədən xəbəri olub.

Müğənninin iddiasına görə, onun evi qanunsuz yolla əlindən alınıb. O, xəbərdə qeyd olunan 419 min manat pulu həqiqətən də aldığını gizlətməyib və bu gün də həmin pulu müəyyən zaman çərçivəsində ödəməyə hazır olduğunu bildirib. Lakin müğənnidən faizlə 332 min dolları alan qarşı tərəf artıq evi müğənniyə qaytarmaqdan imtina edib.

R. İsmayılova dediyi bütün sözləri sübuta yetirmək üçün əlində yetərincə dəlil-sübut olduğunu da əlavə edib:

"Mən evimdə olanda həmin şəxs evimə gəlib. Ona faizi verən yerdə görüntülər var, kameralar çəkib. Həm də evimdə bütün səslər yazılır. O özü orada ağzı ilə deyir ki, Rəqsanə xanım, tək siz deyilsiniz, hazırda mənim nə qədər məhkəmələrim var. Mən də orada ona təklif edirəm ki, 3 faizlə vermisən, gəl 2 faizə endir. Məndən ev alan insan niyə mənimlə faiz söhbəti edir ki... Əlimdə videogörüntülərim var".(axşam.az)

pia.az


Etiket: Rəqsanə evi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar