Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon rəhbəri Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib

Müstəqim Məmmədov sakinlərlə görüşüb...

08 sentyabr 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov da iştirak ediblər.

PİA.az xəbər verir ki, kənd sakinləri 2021-ci ildə respublika prezidenti cənab İlham Əliyevin 31 may 2021-ci il tarixli sərəncamı ilə yeni qazılacaq subartezian quyusunun yerinin dəyişdirilməsi, məktəbə gedən yolun təmiri, Yuxarı Sarıcalı kəndində ibtidai məktəbin açılması, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.

Rayon rəhbəri sakinlərə bildirib ki, 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “AğdamTərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqıda” sərəncam imzalayıb. Həmin sərəncama əsasən Tərtər rayonun 10 yaşayış məntəqəsində, o cümlədən Yuxarı Sarıcalı kəndində də yeni subartezian quyusunun qazılması barədə qərar verilib. Yeni qazılacaq subartezian quyusunun yeri Meliorasiya və Su Təsərüffatı ASC-nin, tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyətinin, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun və yerli icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyənləşdirilir. Komissiya tərəfindən əraziyə baxış keçirilib, yeni subartizan quyusunun yeri təyin edilib, layihə sənədləri hazırlanıb. Yeni vurulacaq subartizan quyusu vasitəsi ilə 30 hektar əkin sahəsi suvarılacaq. İcra başçısı gələcəkdə onların da tələb etdiyi ərazidə yeni subartezian quyusunun qazılmasına köməklik göstəriləcəyini bildirib.

Rayon rəhbəri sakinlərə kənddə yeni ibtidai məktəbin açılması üçün şagird kantingentinin yetərli sayda olmadığını bildirib, kənddə olan elektrik transformatorunun təmir olunması, məktəbə gedən yola çınqıl tökülərək hamarlanması ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

Yuxarı Sarıcalı kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Ən çox oxunanalar