Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərib

BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə, Ukrayna və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğana, Volodimir Zelenskiyə və Vladimir Putinə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərin olduğu məktib göndərib...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilat rəhbərinin nümayəndəsi Stefan Dujarrik bildirib.

"Biz bütün tərəflərlə açıq ticarətin, ərzaq axınının və gəmiçiliyin təhlükəsizliyinin qorunması üçün müzakirələrimizi davam etdiririk. Bununla əlaqədar, fevral ayında baş katib Rusiya Federasiyası, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərdi", - o deyib.

Dujarrik qeyd edib ki, Quttereş məktublarda bu istiqamətdə "mülki naviqasiya azadlığının BMT-nin davam edən səylərinin əsas mövzusu olaraq qaldığını" və "qida və ticarət yollarının təhlükəsiz, davamlı və proqnozlaşdırıla biləcəyini" vurğulayıb.

Dujarrik vurğulayıb ki, Qara dəniz taxıl təşəbbüsünün dərslərini nəzərə alaraq, BMT Qara dənizdə kommersiya gəmiçiliyi risklərinin daha da azaldılması məqsədilə Türkiyə, Rusiya Federasiyası, Ukrayna və digər müvafiq tərəflərlə fəal qarşılıqlı fəaliyyətini davam etdirir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar