Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Yetirmişli: "Bu gün 20-dən çox yeraltı təkan olub"

Azərbaycanda baş verən zəlzələlər qorxulu deyil. Dünyanın hər yerində hər gün bu proseslər gedir”.

Bunu PİA.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur: “Bunlar arasında hiss olunan və olunmayanlar olur. Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”.

Q. Yetirmişlinin sözlərinə görə, yerin daxili həmişə hərəkətdədir, litosferdə böyük plitələrin hərəkəti, plitələrdaxili blokların həm horizontal, həm vertikal hərəkətləri olur: “Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar