Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüds məsələsinə görə Azərbaycan-İsrail münasibətlərində gərginlik gözlənilirmi?

Politoloq: “Azərbaycan Qüds ətrafında baş verən məsələyə görə Türkiyə kimi radikal mövqe sərgiləmək məcburiyyətində deyil”


“Zənn etmirəm ki, Qüds ətrafında baş verən gərginliklərlə bağlı Azərbaycanın İsraillə münasibətlərində hər hansı dəyişiklik olacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli Qüds ətrafında baş verən gərginliklərlə bağlı Azərbaycan İsrail münasibətlərinin hansı məcrada olacağın PİA.AZ-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyini bu şəhərə köçürmək barədə qərarı Yaxın Şərqdə gərginliyi artırdı. Əksər dünya ölkələri Trampın qərarını qınayıb, bir çox ölkələrdə ABŞ və İsrail əleyhinə etirazlar alovlandı. Fələstin ərazilərində baş verən etirazlar isə min nəfərdən çox insanın xəsarət aldığı bildirilir. Etirazlar hələ də davam edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda etdiyi çıxışında Trampın Qüds qərarını tənqid edib, bu qərarı tanımadıqlarını bildirdi. Eyni zamanda Ərdoğan İsrailin illər ərzində torpaqlarını genişləndirməsini xəritələrlə göstərdi. Türkiyə prezidentinin bu açıqlamasına İsrail baş naziri Netanyahu reaksiya verdi. Netanyahu Ərdoğanın İsrailə hücum etdiyini və “kürd kəndlərini bombalayan, jurnalistləri həbsdə saxlayan bir liderdən dərs almağa vərdiş etməmişəm. Ərdoğan günahsız insanları öldürdü, terrorçulara yardım etdi. Ərdoğan mənə dərs verəcək deyil” - dedi.

Göründüyü kimi əvvəllər də normal olmayan İsrail-Türkiyə münasibətləri Trampın Qüdsü (Yerusılim) İsrailin paytaxtı olaraq tanımasından sonra çox pisləşdi. Vəziyyət o yerə çatıb ki, Ərdoğan hətta İsraillə diplomatik əlaqələrə son qoyacağlarını belə bildirib. Dekabrın 13-də isə Qüds məsələsinə görə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin fövqəladə iclası keçiriləcək. Türkiyə prezidenti İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib və prezident İlham Əliyev dəvəti qəbul edib. Qüdslə bağlı İslam Əməkdaşlıq Təşkilatında İlham Əliyevin də iştirakı bu və ya digər şəkildə Azərbaycanın İsraillə münasibətlərdə problemin ortaya çıxmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli müraciət edib.



Qabil Hüseynli: “Azərbaycan İsrailə qarşı hər hansı düşmənçilik siyasəti yeritmək fikrində deyil”.


Azərbaycanın Qüds məsələsində mövqeyinin çox sərt olmayacağın qeyd edən politoloq Qabil Hüseynli əlavə edib ki, yəqin ki, Azərbaycan yekun qətnaməyə də imzasın atacaq. İsrail də Azərbaycanın bu mövqeyin başa düşməlidir:

“Zənn etmirəm ki, Qüds ətrafında baş verən gərginliklərlə bağlı Azərbaycanın İsraillə münasibətlərində hər hansı dəyişiklik olacaq. Çünki Azərbaycan müstəqil dövlətdir və Türkiyə ilə normal münasibətləri var. Bildiyimiz kimi Türkiyə-İsrail münasibətlərində dalğalanma həmişə olub və indi də ola bilər. Onu da qeyd edim ki, Türkiyə-İsrail münasibətlərində dalğalanmağa baxmayaraq hesab etmirəm ki, iki ölkə arasında olan diplomatik münasibətlər kəsiləcək. Hər halda Azərbaycan Qüds ətrafında baş verən məsələyə görə Türkiyə kimi radikal mövqe sərgiləmək məcburiyyətində deyil. 

Amma Azərbaycan da Trampın Qüdsü (Yerusılim) İsrailin paytaxtı olaraq tanıması qərarından narazıdır. Bununla bağlı olaraq keçiriləcək İslam Əməkdaşlıq Konfransında prezident İlham Əliyev iştirak edəcək və Azərbaycanın mövqeyin ortaya qoyacaq. Amma Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox sərt olmayacaq. Hətta mən deyərdim bu mövqe yumşaq bir mövqe olacaq və yəqin ki, Azərbaycan yekun qətnaməyə də imzasın atacaq. İsrail də Azərbaycanın bu mövqeyin başa düşməlidir. Azərbaycan İsrailə qarşı hər hansı düşmənçilik siyasəti yeritmək fikrində deyil və Azərbaycan İsrailə olan strateji əməkdaşlığı qoruyub saxlayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar