Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev: Biz sülh istəyiriksə, işğalçıları Azərbaycandan çıxarmalıyıq...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib...

Polqion müsahibənin əhəmiyyəti və maraqlılığını nəzərə alıb təqdim edir:

- Qüdrət bəy, bu dəfə xarici işlər nazirlərinin Vaşinqton görüşündə hər hansı müsbət nəticə əldə oluna bilərmi?

- Yox, bu mümkün deyil. Azərbaycan erməni işğalçıları Azərbaycandan qovmayana qədər Paşinyan da daxil olmaqla heç bir Ermənistan lideri Qarabağı Azərbaycanın tərkibində tanıyan sülh sazişinə imza atıb Ermənistanın tarixində Qarabağı Azərbaycana verən hökumət başçısı kimi qalmaq istəməyəcək. Biz sülh istəyiriksə, işğalçıları Azərbaycandan çıxarmalıyıq. Onlar öz xoşları ilə bunu etməyəcək. Bunun üçün isə ilk növbədə Türkiyə ilə birlikdə Rusiyanı sülhə - Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə razı salmalıyıq.

- Rusiyanın başı daxili problemlərinə qarışıb. Sizə elə gəlmirmi ki, Azərbaycan heç kimlə məsləhətləşmədən öz problemini özü həll etməlidir?

- Əgər ərazi bütövlüyümüzü bu gün, az qan tökülməsi ilə həll etmək istəyiriksə, Rusiya ilə anlaşsaq bu, möhtəşəm olar. Çörçil deyirdi ki, siyasətdə çox uzağa baxmaq müdrik davranış deyil. Bu günün reallığı bunu tələb edir. Amma anlaşa bilməsək, ən geci 2025-ci ildə, rus sülhməramlılarının vaxtı bitəndən sonra ətrafa boylanmadan torpaqlarımızı işğaldan azad etməliyik.

- Qüdrət bəy, rəsmi və hamılıqla qəbul olunmuş mövqedən fərqli olaraq, siz hər zaman işğala son qoyulmadığını deyirsiniz və Qarabağdakı işğalçı rejimdən danışırsınız. Bunun səbəbi nədir?

- Çox təəssüf ki, mətbuat, siyasi ekspertlər Qarabağdakı işğalçı rejimə - separatçı rejim deyir. Bu uğurlu ifadə deyil və bizim əleyhimizə işləyir. Tarixi həqiqət budur ki, Qarabağda erməni separatizmi Ermənistan və erməni diasporu tərəfindən alovlandırılıb, bundan sonra Ermənistan hərbi birləşmələri Qarabağətrafı 7 rayon da daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal edib. Onların Qarabağda formalaşdırdığı rejim - işğalçı rejim adlandırılmalıdır. Bu, beynəlxalq hüququn və beynəlxalq təcrübənin tələbidir. Biz bu anlayışı beynəlxalq birliyə qəbul etdirməliyik. Dünya ictimaiyyəti bilməlidir ki, biz separatizmlə yox, işğalla üz-üzəyik və torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır. O halda işğalçı rejimə güc tətbiq etməyimiz mənəvi və hüquqi baxımdan daha başa düşülən olar.

Ona görə rəsmilərə, sizə, həmkarlarınıza, ictimaiyyət nümayəndələrinə müraciət edirəm ki, “separatçı rejim” əvəzinə, “işğalçı rejim” terminindən istifadə etsinlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar