Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu 2020-ci ilin büdcə layihəsini şərh edib

Iqtisadçı ekspert Qubad İbadoğlu 2020-ci ilin büdcə layihəsini şərh edib....

İqtisadçı büdcə layihəsinin iki zəif məqamını qeyd edib:

– Növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Beləliklə də gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.

– Gələn il dövlət büdcənin kəsiri böhran həddini keçəcək. Çünki, 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Digər narahatlıq yaradan tendensiya gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olmasıdır.

Gülyanaq İsmayılqızı

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar