Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal hərbi xərclər dünya miqyasında rekord səviyyətə artır...

Dünya 2023-cü ildə hərbi xərclərə və silahlara son 35 ildəkindən daha çox pul xərcləyib...

Poliqon xəbər verir ki, The New York Times qəzetində dünən dərc olunan müstəqil təhlilə əsasən, buna qismən Ukraynadakı münaqişə və Rusiyadan gələn təhlükə səbəb olub.

Nəşr yazır ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırması göstərib ki, qlobal hərbi xərclər keçən il 2022-ci illə müqayisədə 6,8% artaraq 2,4 trilyon dollara çatıb.

Asiya və Yaxın Şərqdə artan gərginlik də xərclərin artmasına səbəb olub. Təkcə ABŞ ötən il hərbi sahəyə 916 milyard dollar xərcləyib ki, bu da ümumi məbləğin üçdə birindən çoxdur.

Ən azı 1988-ci ildən bəri qlobal hərbi xərcləri izləyən institutun baş əməkdaşı Nan Tian bildirib ki, hərbi xərclərin görünməmiş artımı sülh və təhlükəsizliyin qlobal şəkildə pisləşməsinə birbaşa cavabdır..

Analitiklər müəyyən ediblər ki, 2023-cü ildə hərbi xərclər və müdafiəyə yalnız yeddi ölkə Ukraynadan daha çox xərcləyib. Onlardan biri Rusiyadır ki, keçən il Rusiyaya müharibəyə 109 milyard dollar xərcləyib. Bu hərbi xərci ilə Rusiya ABŞ və Çindən sonra üçüncü sırada qərar tutub. Nan Tian hesab edir ki, Rusiyanın hərbi xərcləri rublun dəyərindən asılı olaraq bu il 127 milyard dollara yüksələ bilər.

Hər halda, Moskvanın müdafiə investisiyaları ilə bağlı məxfiliyə və dezinformasiyaya baxmayaraq, institut 2023-cü ildə Rusiyanın bütün dövlət xərclərinin təxminən 16%-ni və ya ÜDM-in 5,9%-ni hərbi ehtiyaclara xərclədiyi qənaətinə gəlib. Bu 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın hərbi sahəyə yönləndirdiyi rekord xərcdei.

NYT qeyd edir ki, Rusiya-Ukrayna münaqişəsi həmçinin Avropa ölkələrini hərbi xərcləri artırmağa sövq edib. Keçən il hərbi xərclər qitədə təxminən 16% artaraq 588 milyard dollara çatıb. Pulun bir hissəsi Ukraynaya getsə də, Avropa liderləri öz milli müdafiə qüvvələrinə, xüsusən də keçən il hərbi xərclərin 31% artdığı Şərqi Avropaya xərcləri artırıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar