Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl sürətlə ucuzlaşır: Səbəb nədir?

Qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır...

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi olaraq artırılması ilə bağlı qərarları qızıl bazarını da “vurub”. Son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirərən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb. Bir aylıq və eləcə də illik yekunlar da neqativdir: son 1 ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb”.

Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır:

“Eyni zamanda, bu qiymətli metal uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb. 2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb. Bu isə ondan xəbər verir ki, əgər qızıl yığımları dəyər itiribsə, əksinə dollara sərmayə investorlara gəlir gətirib. 3.25 faizlik FED uçot dərəcəsi isə təbii ki, xarici investorlar üçün əlavə qazancdır”.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur:

“Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu indiki halda yığımlarda gəlirliyi qorumağın yeganə yoludur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar