Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiyam zamanı həlak olan polisin oğluna vəzifə verildi


Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib


Kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az -a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub:

“ Sizin saytınıza keçən dəfə yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamanki kimi bu dəfə də, ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bizi qəbul etdi.Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsi ilə cənab nazir Ramil Usubova və Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini – Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük.Sizin saytınıza da, xüsusi təşəkkür edirəm ki, məsələni işıqlandırdınız.”

Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar