Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətər İsrailin HƏMAS-ı tamamilə məhv etmək ehtimalına şübhə ilə yanaşır

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani bildirib ki, İsrailin HƏMAS-ı məhv etmək planları ilə bağlı açıqlamaları müəyyən suallar doğurur...

Poliqon xəbər verir ki, Baş nazir bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.

Əl Tani qeyd edib ki, yəhudi dövlətinin bu məqsədinin reallaşması çətin görünür:

“Mən başa düşmürəm ki, onlar (İsrail) HƏMAS-ı məhv etmək niyyətində olduqlarını söyləyərkən dəqiq nəyi nəzərdə tuturlar. Onu sadəcə məhv etmək olmaz. Yaraqlılarla razılaşsaq da, razılaşmasaq da, onlar Qəzzada və İordan çayının qərb sahilində yaşayan cəmiyyətin bir hissəsidir. Yoxsa İsrail onların yalnız Qəzzada mövcudluğundan qurtulmaq istəyir? Bu tərif (məhv etmək) çox boş tərifidir”, deyə Əl Tani qeyd edib.

Baş nazir əlavə edib ki, tərəflər arasında əsirlərin mübadiləsi üçün hərbi əməliyyatların müvəqqəti dayandırılmasına dair razılaşma müsbət addımdır. Əl Tani vurğulayıb ki, razılaşma münaqişədən çıxış yolu tapmaq üçün əsas ola bilər.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS “Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etdikdən sonra minlərlə yaraqlının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin “Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib.

Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.

Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan edilib və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də işə başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar