Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qərbin hökmranlığı başa çatır, “səhnəyə” Rusiya qayıdır...”


«Qərbin və liberal-demokratik ideyaların hökmranlığı başa çatır və dünya arenasına Rusiya qayıdır…»


Bu fikirlər nüfuzlu «The Washington Post» qəzetində dərc olunan məqalədəndir.

Məqalədə deyilir ki, dünya səhnəsindəki bu dəyişiklik «soyuq savaşın» ardından müşahidə olunmağa başlayıb.

«ABŞ-ın öz mövqelərini itirdiyini görmək üçün çox uzağa getmək lazım deyil. Hələbə baxmaq kifayət edir. Birləşmiş Ştatlar bəyanat verməklə məşğulkən Rusiya ələ keçirilmiş şəhərə zərbələr endirdi. Moskva oktyabrın 18-də Hələbə aviazərbələri dayandırdığını elan etdi. Lakin Suriya hökumət qüvvələri şəhərə girməyə davam etdilər. Nəticədə Hələbin şərqində – 90 min insanın yaşadığı ərazi noyabrın 29-da yaraqlılardan azad edildi», – deyə müəllif yazır.

"Meydanı avtoritar rejimlərə ötürdülər"

«Washington Post» qeyd edir ki, bu tendensiya «Qərb triumfu»nun sonunu göstərir. Və bu hal eynilə Avropada da müşahidə olunur:

«Qərb daxili problemlərə diqqətini kökləməklə meydanı avtoritar rejimlərə – Rusiya, Çin və İrana ötürüb. Avropa ölkələri sanksiyalardan usanmağa başlayıb. Prezident Obama tərəfindən həyata keçirilən Rusiyanın izolə edilməsi prosesi isə heç nəyə yaramır. Bunu dövlət katibi Con Kerrinin Moskvaya mütəmadi səfərlər etməsi də təsdiqləyir».

Müəllif Avropa Birliyinin də gələcəyinə dair bədbin olduğunu bildirib: «Dünyadakı nəhəng demokratik klub sayılan Avropa Birliyi özü tezliklə çökmək təhlükəsi ilə üzləşib. Dörd bir yanda «Brexit» təhlükəsi böyüməkdədir».

"Əsəd qalib gələcək"

«Independent» isə yazır ki, Suriyada Rusiyanın da yaxından dəstəyi ilə Əsəd qalib gələcək. Qərb isə uduzduğu və münaqişəni bu qədər uzatdığı üçün utanc duymalıdır.

Müəllif qeyd edir ki, Hələbin böyük hissəsinin Suriya hökumət qüvvələri tərəfindən ələ keçirilməsi münaqişənin başladığı vaxtdan bu yana ən ciddi hadisədir. Lakin nədənsə Qərb bunu görməzdən gəlməyə çalışır.

"Suriyanın hökumət qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Hələbi tam ələ keçirməyə doğru gedirlər. İndi belə bir sual yaranır. Bundan sonra ABŞ, Aaropa Birliyi, Britaniya və başqaları Suriyadakı «mötədil» adlandırdıqları müxalifətə dəstək üçün yenidən barışıq çağırışı edəcək? Onlara yenə silah, canlı qüvvə vəd edəcək? Yoxsa nə qədər qəddar da olsa, onları rahat buraxıb qaçılmaz olanın bir an əvvəl baş verməsinə imkan verəcək? 

Birinci halda Hələbdə atəş uzanacaq. Yox əgər sadaladığım güclər ikinci variantı seçiblərsə və bunu sadəcə etiraf etmirlərsə, bunu bir yerə qədər gizlətmək mümkün olacaq».

Obamanın iflasa uğrayan Suriya siyasəti

Müəllif hesab edir ki, Obanın Suriya ilə bağlı özünü doğrultmayan siyasəti böyük bir boşluq yaratdı ki, o boşluğu da məharətlə Rusiya ələ keçirdi: 

«Suriyadakı fəlakətə görə kimin məsuliyyət daşıdığı barədə sual yarananda cavab belə olmalıdır – Bəli, Əsəd başlatdı. Lakin Qərb də münaqişəni uzatdı, onun daha da xərcli və mürəkkəb olmasına şərait yaratdı».  
(Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar