Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir...

“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17-19 aprelin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməyib.

"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

"Bu, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini əsasda ayrı-seçkilikdir. Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İttifaqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciətlər edib. Belə olan təqdirdə, G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur.

Qərbi Azərbaycan İcması G7 dövlətlərini etnik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırır", - bəyanatda vurğulanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar