Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazprom”un qaz ixracından əldə etdiyi gəlirlər 2023-cü ildə iki dəfə azala bilər

Rusiya 2023-cü ilin yanvarını 1998-ci ildən bəri ən böyük büdcə kəsiri ilə başa vurub...

Qazprom”un ilin ilk ayı üzrə satışlarının nəticələri və ekspertlərin proqnozları göstərir ki, 2023-cü ildə şirkətin ixrac gəlirləri iki dəfə azala bilər.

Polqon.info xəbər verir ki, bu barədə Reuters yazıb. Agentlik haesab edir ki, bu, yanvar ayında 25 milyard dollarlıq kəsirlə üzləşən Rusiya büdcəsinə təzyiqi artıracaq.

Reuters bildirir ki, yanvarda “Qazprom”un xaricə qaz satışından əldə etdiyi gəliri ötən ilin analoji dövründəki 6,3 milyard dollara nisbətdə təxminən 3,4 milyard dollar təşkil edib. Səbəb ixracın azalmasıdır. Keçən il ixrac artıq iki dəfə azalaraq postsovet dönəminin minimumuna çatıb. Bu il azalma tendensiyası davam edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynada müharibə başlayandan bəri Rusiya Aİ-yə qaz tədarükünü 80% azaldıb. Ötən ilin sonunda Rusiya Qərbi Avropanın qaz tələbatının cəmi 7,5%-ni təmin edib, halbuki 2021-ci ildə bu rəqəm təxminən 40% idi. Ukraynaya təcavüzdən sonra isə Rusiya Avropaya daha çox qaz satacağına əmin idi.

Gəlirlərin azalmasını kompensasiya etmək üçün Rusiya Türkiyə və Çinə boru kəmərlərinin ötürücülük qabiliyyətini artırmağa çalışır. Amma yeni müqavilələrin Qərbi Avropa ilə müqavilələr qədər sərfəli olub-olmayacağı böyük sual altındadır.

Qazprom” və Çin razılaşdırılmış qazın qiymətini açıqlamır. BCS Global Markets-in baş neft və qaz analitiki Ronald Smitin sözlərinə görə, 2022-ci ildə Çinə ixrac olunan qazın qiyməti 1000 kubmetr üçün orta hesabla 270 dollar təşkil edib. Bu, Avropadakı qiymətlərdən xeyli aşağıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2023-cü ildə qazın ixrac qiyməti 1000 kubmetr üçün 700 dollar olmalıdır.

Reuters qeyd edir ki, Rusiya 2023-cü ilin yanvarını 1998-ci ildən bəri ən böyük büdcə kəsiri ilə başa vurub. Yanvarda Rusiyanın büdcə kəsiri 1,76 trilyon rubl (25 milyard dollar) təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar