Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin kiçik qardaşı vəfat edib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə Qazaxıstanın keçmiş rəhbərinin mətbuat katibi Aidos Ukibay açıqlayıb. Mərhum 70 yaşında olub.

Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev 70 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib”, deyə Aidos Ukibay X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında bildirib. Bolat Nazarbayev bu gün, noyabrın 13-də Almatı Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib.

365info.kz portalının məlumatına görə, Bolat Nazarbayev təkrar miokard infarktı şübhəsi ilə xəstəxanaya yerləşdirilib. “Express K” portalının yazdığına görə isə ona xəstəxanada pnevmoniya və trombozla ağırlaşan qırtlaq xərçəngi diaqnozu qoyulub.

Bolat Nazarbayev Şamalgan sovxozunun direktor müavini, Kaskelendəki çörək zavodunun direktor müavini olub. Xırdabuynuzlu heyvanların dərilərinin satışı sahəsində bizneslə məşğul olub. O, “İnkar Aqro” tərəfdaşlığının vitse-prezidenti olub, 1997-ci ildə “BN İnvest” holdinqinin direktoru olub.

2016-cı ildə aztəminatlı həmvətənlərə dəstək olmaq üçün xeyriyyə fondu təsis edib. Bu fond prezident Kasım-Jomart Tokayevin 2022-ci ilin əvvəlində ölkədə genişmiqyaslı etirazlar başa çatdıqdan sonra yaratmağı təklif etdiyi “Qazaxıstan Xalqı” fonduna 1 milyard tenge (175,2 milyon rubl) köçürüb.

Newsshub xəbər verir ki, son iki il ərzində özəlləşdirmənin nəticələrinə baxmaq üçün məhkəmə proseslərində Bolat Nazarbayevin adı hallanır. Fevralın əvvəlində Bolat Nazarbayevin şirkətlərinə məxsus 299 hektar torpaq müsadirə edilib.

Ötən ilin oktyabrında Almatı məhkəməsi Bolat Nazarbayevin özəlləşdirdiyi “Baris IV” bazarını dövlət mülkiyyətinə qaytarıb. Məhkəmə müəyyən edib ki, Bolat Nazarbayev topdansatış bazarını qanunsuz olaraq bazar qiymətindən beş dəfə ucuz qiymətə alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar