Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz təchizatında dayandırmalara dair məlumatlar abonetlərə SMS formasında göndərildi

Mart ayının 17-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir. Bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir. Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb. Bundan başqa Xəzər rayonu, Şüvalan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.

Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarı ilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər. “Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar