Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxa hüzr mərasiminə gedən Bakı sakinləri qəzaya düşüb

Qaxa hüzr mərasiminə gedən Bakı sakinləri yol qəzasına düşüb.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 98-ci kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, eyni zamanda, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Mədinə Ələfsər qızı Rəsulova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mədinə Rəsulovaya xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qəzaya düşən şəxslərin Qax rayonuna hüzr mərasiminə getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar