Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarşısıalınmaz nəhəng böyük çüxura düşüb - Çinin 40 illlik iqtisadi inkişafı sonra sona çatır...

Çinin 40 ilə yaxın davam edən və ölkəni dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevirən iqtisadi artım prosesi sona çatıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinin iqtisadi müşahidəçiləri Linlin Vey və və Stella İfan Senin yazdıqları məqalədə bildirilir.

Ekspertlər yazır ki, onilliklər ərzində iqtisadiyyatın bərpası və inkişaf tempi Çin hakimiyyətinə ölkənin hər yerində zavodların, göydələnlərin və yolların tikintisinə sərmayə qoymağa imkan verib.

“Bu model Çini yoxsulluqdan çıxaran və ixrac qabiliyyəti bütün dünyaya yayılan qlobal nəhəngə çevirən qeyri-adi böyümə dövrünü başlatdı. Lakin bu gün bu iqtisadi model özünü tükədib”, deyə WSJ ekspertləri yazır.

Analitiklər qeyd edir ki, Pekinin infrastrukturunu genişləndirmək üçün imkanları və resursları tükənir. Çünki bu sərmayələr çox vaxt düzgün istiqamətə qoyulmayıb və bu gün Çinin bəzi vilayətlərində inşa edilən körpülərdən və hava limanlarından demək oar ki, istifadə olunmur. Böyük şəhərlərdə tikilən milyonlarla mənzil boşdur və demək olar ki, bütün sahələrdə investisiya gəliri kəskin şəkildə aşağı düşüb.

Politico nəşri isə yazır ki, Pekin ABŞ-ın ticarət naziri Gina Raimondonun Çinə səfəri zamanı yardım üçün Birləşmiş Ştatlara müraciət edə bilər. Nəşr yazır ki, Çinin iqtisadi problemləri ixracın və xarici investisiyaların azalması səbəbindən yaranıb. Gənclər arasında işsizlik isə artmaqdadır. Analitiklər hesab edirlər ki, “bir vaxtlar qarşısıalınmaz iqtisadi nəhəng nəhayət böyük bir çuxura düşüb”.

Ekspertlərin fikrincə, ABŞ ticarət nazirinin Çinə səfəri zamanı vəzifəsi Amerika ixracını təşviq etmək olacaq. Pekin də öz növbəsində Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətləri yumşaltmağa çalışacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ Çinə müasir yarımkeçiricilərin ixracına nəzarəti gücləndirib, bu ilin avqustunda isə Çin iqtisadiyyatının müəyyən sektorlarına investisiya qoyuluşunu məhdudlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar