Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın həbsi: Qardaşı “Lotu Quli”nin düşməni olub...

Bir neçə gün əvvəl Gürcüstanın separatçı Abxaziya bölgəsindəki qondarma rejimin “prezidentinin” keçmiş köməkçisi, “Abxaz” ləqəbli Axra Avidzba həbs olunub. İndi onun ötən il Antalyada güllələnən azərbaycanlı məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqəsi üzə çıxıb. Belə ki, Axra Avidzbanın qardaşı kriminal avtoritetdir və “Lotu Quli”nin düşmənlərindən olub.

“Exo Kavkaza” bildirir ki, martın 4-də Suxumidə həbs olunan Avidzba qanunsuz silah saxlamada ittiham olur. Onunla yanaşı daha 5 nəfər həbs olunub. Həyat yoldaşının dediyinə görə, “həmin şəxslər onunla Donbasda rus dünyası uğrunda vuruşan yaxın dostlarıdır”.

Elan olunan ittihama görə, o, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Rəsmi ittihama görə, Suxumi rayonunun Qumitsa kəndindəki evlərində aparılan axtarış zamanı Avidzbanın evindən tank əleyhinə əldəqayırma qumbara, Rusiya və xarici ölkə istehsalı olan silahlar tapılıb.

Axra Avidzba Ukayna topaqlarının işğalında iştiak edib, Donetsk separatçılarının səhra komandiri olub, göstərdiyi xidmətlərə görə, separatçılar ona “DNR qəhəmanı” adını verib. Bundan başqa onun ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan separatçılara yardım etdiyi də məlumdur. Belə ki, Axra Avidzb Abxaziyadan Qarabağa döyüşmək üçün dəstələr göndərilməsini təşkil edib. Hətta o, ötən il noyabrın 7-də özünün Facebook səhifəsində paylaşım da edib.

Həmin paylaşımda Qarabağdakı separatçı rejim rəhbərinin Abxaziyadan göndərilən döyüşçüləri qarşıladığını göstərən video paylaşıb və “AMŞEN” qrupu!!! “ali baş komandan şəxsən görüşüb” deyə yazıb.

2000-ci ildə “prezident köməkçisi” təyin olan A.Avidzba yaxun qohumunun öldürülməsindən sonra, ötən ilin noyabrında vəzifəsindən istefa verib. O, həm də Abxaziyada yaşanan siyasi bohanın aktiv iştirakçılarından hesab olunur.

Axra Avidzba kriminal avtoritet Alxas Avidzbanın qardaşıdır. O isə öz növbəsində “Lotu Quli”nin düşməni olub. Rusiya mənbələri bildirir ki, Avidzba Abxaziyada bir çox kriminal avtoritetlərlə münaqişədə olub. O cümlədən Merab Canqveladzenin klanı ilə vuruşub.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar