Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qan təzyiqini azaltmağın səmərəli yolu tapıldı

Melburn La Tromb Universitetində bir neçə elmi mərkəzin iştirakı ilə aparılmış tədqiqat nəticəsində ürək-damar xəstəliklərə rəvac verən başlıca amil olan qan təzyiqini azaltmaq üçün gündəlik təzə zeytun yağı qəbul etməyin zəruriliyi müəyyənləşib.

“Report” “Standard”a istinadən xəbər verir ki, müxtəlif mədəni mənşəyi və qidalanma tərzinə malik 50 yetkin könüllünün iştirak etdiyi klinik sınaqlar zamanı onlar üç həftə ərzində gündə 4 xörək qaşığı təzə zeytun yağı qəbul edib, daha sonra iki həftə ərzində nə zeytun, nə də zeytun yağından istifadə etməyiblər. Bu, bir neçə dəfə təkrarlanıb. Nəticədə könüllülərdə mərkəzi sistolik qan təzyiqi 2,5 faiz, kənar (kiçik damarlarda) sistolik qan təzyiqinin isə 2 faiz azaldığı müəyyən edilib.

Tədqiqatın rəhbəri Katerina Sarapis əks-iltihab və əks-oksidant xassələrinə malik polifenol maddələri ilə zəngin olan təzə zeytun yağının Aralıq dənizi və bir çox başqa bölgələrdə ənənəvi təamlar arasında mühüm yer tutduğunun təsadüfi olmadığını diqqətə çatdırıb.

pia.az


Etiket: qan təzyiqi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar