Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqallı biznesmen həbsdən çıxmaq üçün 107 min manat verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan ata və oğulun - İlqar Məmmədli və Fərid Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Cinayət işi üzrə zərərçəkmiş isə iş adamı Azadxan Xanməmmədovun oğlu Tural Xanməmmədovdur.

Xatırladaq ki, Azadxan Xanməmmədov 2017-ci ilin mayında Bakının “Safa Store” supermarketinə reyder hücumu təşkil etdiyi üçün xuliqanlıqda ittiham olunaraq həbs edilmişdi. Məhkəmə ona 3 il həbs cəzası verib. Xanməmmədov cəzasının bir hissəsini çəkəndən sonra ötən ilin sonlarında azadlığa çıxıb. İndi isə üzə çıxır ki, Xanməmmədov həbsdə olanda azadlığa çıxmaq üçün külli miqdarda pul vermək üçün anlaşıb, amma pullar dələduza yem olub.

İttihama görə, Fərid atası ilə əlbir olaraq Tural Xanməmmədova atasını həbsdən buraxdıracağını vəd edib və onlardan ümumilikdə 107 min manat pul alıb. Lakin nə A.Xanməmmədovu azadlığa buraxılıb, nə də pullar geri qaytarılıb.

O da məlum olub ki, İ.Məmmədli iş adamı A.Xanməmmədovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığı vaxt tanış olub.

Zərərçəkmiş məhkəmədə mülki iddia qaldırıb. O, dəymiş ziyanla yanaşı əlavə mənəvi ziyana görə 50 min, verdikləri pulun faizi olaraq, 17 min 800 manat tələb edib. Həmçinin, təqsirləndirilən Fərid Məmmədlinin barəsində başqa yerə getməmək iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və məhkəmə zalında həbs edilməsini istəyib.

Zərərçəkmişin ifadəsinə görə, Fərid onun qardaşı ilə yaxın dost olub, sözügedən cinayəti də atası ilə birgə törədib. Belə ki, yüksək rütbəli məmur qohumunun vasitəsilə atasının həbsdən çıxmasına köməklik edəcəyini vəd edib. Həmin yüksək vəzifəli şəxsin adına məktub hazırlamaq üçün ondan 3 min manat alıb.

Təqsirləndirilən ata-bala isə onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

İ.Məmmədli ifadəsində göstərib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Xanməmmədov və oğlanları dəfələrlə ona pul verib, evinə, özünə bazarlıq eləyib, xeyirxahlıq məqsədilə köməklik göstəriblər, bir sözlə yardım ediblər: “Türmə həyatı başqa cür olur. Azadxanın pulu çox idi, mənə də kömək edirdi".

Qəribə də olsa, İ.Məmmədli ifadəsində Xanməmmədovlar ailəsinin təxminən üç ay ərzində ona 79 min manatlıq yardım etdiklərini deyib. Lakin sonradan aralarında narazılıq yaranıb.

İ.Məmmədli oğlunun bu işdə heç bir günahı olmadığını deyib: “Fəridin bu işlərdə heç bir təqsiri yoxdur. Məndən qisas almaq üçün oğlumu da həbs etdirmək istəyirlər”.

Xatırladaq ki, A.Xanməmmədov Bakıda çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olub.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar